Məhkəmə qərarları › İş №3(012)-1271/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1271/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1271/2020 27.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞnin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuşinzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında MN№ ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, polis əməkdaşları xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində xidmətdə olan zaman orada yerləşən ”Misir” parkının yaxınlığında bir nəfər şəxsin nalayiq küçə söyüşləri söyməklə ətrafdan keçənlərin rahatlığını pozmasını müəyyən etmişlər. Onlar dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək həmin şəxsi Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Burada həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü X2 olması müəyyən edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ”Misir” parkının yaxınlığında olan zaman nalayiq küçə söyüşləri söymüş və ətrafdan keçənlərin rahatlığını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsiilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ”Misir” parkının yaxınlığında olan zaman telefonla danışdığı şəxsə əsəbləşdiyi üçün özündən çıxıb nalayiq küçə söyüşləri söydüyünü, tutduğu əməldən peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ”Misir” parkının yaxınlığında olan zaman nalayiq küçə söyüşləri söymüş və ətrafdan keçənlərin rahatlığını pozmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuşinzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun əməli inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Biləsuvar rayon İcra və Robasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar