Məhkəmə qərarları › İş №3(012)-1271/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1271/2021

21.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1271/2021 21.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, subay orta təhsilli, işsiz, Bakı şəhəri, Salamzadə küçəsi, 1055 saylı məhəllədə qeydiyyatda olan və Xırdalan şəhəri, MD 23 qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Əliyev X13 rayonu, Hökməli qəsəbəsi dairəsi yaxınlığında yerləşən “Bazar Store mağazasının qarşısında yerləşən Kapital bankın bankomatından Elmin Fərhadovun anasına məxsusu təqaüd kartından 130 manat pulunu gizli yolla talamışdır. 03 may 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞnin müstəntiqi, polis mayoru Rövşın Şahkərəmov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Əliyev X13 rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində 09.02.2021-ci il tarixində işədüzəltmək adı altında Zərərçəkmiş şəxs1 aldatmaqla, sığorta xərcləri kimi 45 manat pulunu mənimsəmişdir. 19 fevral 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Rövşən Şahkərəmov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 07.04.2021-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon qəsəbəsi, ev 31-də yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindəki toyuq hinindən hər birinin qiyməti 15 manat olmaqla 2 ədəd toyuğunu oğurlamaqla ona 30 manat ziyan vurmuşdur. 16 aprel 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 07.06.2021-ci il tarixdə sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsə işə düzəltmək məqsədilə tibbi arayış almaq adı altında Bazarstore Million Aparatı vasitəsilə göndərilmiş 70 manat pulunu mənimsəməklə ziyan vurmuşdur. 16 iyun 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 18.07.2021-ci il tarixdə saat 07 radələrində Hökməli dairəsində dayanan DAF markalı avtomaşının 25 manat dəyərində 99 FY026 dövlət nömrə nişanını oğurlamışdır. 26 iyul 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Ələddin Alməmmədov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 18.07.2021-ci il tarixdə saat 07 radələrində Hökməli dairəsində dayanan DAF markalı avtomaşının 25 manat dəyərində 99 FY026 dövlət nömrə nişanını oğurlamışdır. 26 iyul 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Ələddin Alməmmədov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 27.07.2021-ci il tarixdə saat Zərərçəkmiş şəxs5 idarə etdiyi Ravon markalı taksiyə Xırdalan şəhəri ərazisində taksi qismində əyləşməklə, Masazır qəsəbəsində Uğur marketin qarşısına gəlmiş, yolda olan zaman ondan 5 manat borc almış, orada isə 15 manat taksi pulun vermədən taksidən düşüb qaşmışdır. 06 avqust 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 27.07.2021-ci il tarixdə gecə 01.20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs6h oğlunun yaşadığı evin qarşısında saxlamış olduğu ona məxsus qara rəngli “VAZ 2107” markalı ** XY *** avtomaşının üzərindən bir ədəd Pioner markalı maqnitafonu oğurlamaqla ona 100 manat ziyan vurmudur.. 06 avqust 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 27.07.2021-ci il tarixdə gecə 01.20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs6h oğlunun yaşadığı evin qarşısında saxlamış olduğu ona məxsus qara rəngli “VAZ 2107” markalı ** XY *** avtomaşının üzərindən bir ədəd Pioner markalı maqnitafonu oğurlamaqla ona 100 manat ziyan vurmudur.. 06 avqust 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 24.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 adlı şəxsi aldatmaqla işədüzəltmək adı altında 40 manat pulunu mənimsəmişdir. 05 avqust 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 25.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 adlı şəxsi aldatmaqla işədüzəltmək adı altında 45 manat pulunu mənimsəmişdir. 25 yanvar 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 11.02.2021-ci il tarixdə Zəhra Qurbanovanı aldatmaqla işədüzəltmək adı altında 40 manat pulunu mənimsəmişdir. 20 yanvar 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 07.02.2021-ci il tarixdə Abşeron rayonu Gənclər şəhərciyində Zərərçəkmiş şəxs10 adlı şəxsin avtomaşınından 01 ədəd akkumulyator oğurlamaqla 40 manat ziyan vurmuşdur. 20 yanvar 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 07.02.2021-ci il tarixdə Abşeron rayonu Gənclər şəhərciyində Zərərçəkmiş şəxs10 adlı şəxsin avtomaşınından 01 ədəd akkumulyator oğurlamaqla 40 manat ziyan vurmuşdur. 17.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 18.04.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbədsi, Atatürk küçəsində fərdi yaşayış evindən 100 manat dəyərində elektrik naqillərini talamışdır. 29.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 20.04.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, Atatürk küçəsində Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evindən 50 manat dəyərində elektrik naqillərini talamışdır. 30.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 11.03.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində Zərərçəkmiş şəxs13 aldadaraq 90 manat pulunu mənimsənişdir. 22.03.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 09.05.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində Zərərçəkmiş şəxs14 Rafael oğluna məxsus VAZ 2106 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd akkumulyatoru talamışdır. 19.05.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Tutma protokolundan görünür ki, Şəxs 20.08.2021-ci il tarixdə 18.25 radələrində inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 20.08.2021-ci il saat 18:25-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar