Məhkəmə qərarları › İş №3(012)-1271/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1271/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1271/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, X2 iştirakı ilə, X2 AR DİN Abşeron rayon Polis şöbəsinin 08 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN Abşeron Rayon Polis Şöbəsinin sahə rəisi X1 08 may 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 bildirdi ki, AR DİN Abşeron Rayon Polis Şöbəsinin sahə rəisi X1 08 may 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 266.4-cü maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. AR İXM-nin 266.4-cü maddəsi ilə, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəzərə çatdırır ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində qeyd edilmişdir ki, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) arasındakı məsafə 100 metrdən çox olmamalıdır. Qeyd etmək istəyir ki, həmin Qanunun 12-ci maddəsində qeyd edilən tələbin subyekti dairəsinə o daxil ola bilməz. Belə ki, “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamənin 4.9.3-cü bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyəti kimi müəyyən edilmişdir. Eyni zamanda, həmin Əsasnamənin 4.9.16-cı bəndinə əsasən tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq meydançalarının təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirriıək də yerli icra hakimiyyəti orqanının səlahiyyəti kimi müəyyən edilmişdir. Yuxarıda göstərilən bəndləri nəzərə alaraq qeyd etmək olar ki, məişət tullantılarının yığılması üçün istifadə edilən konteynerlərin (tutum) yerləşdirilməsi səlahiyyəti yerli icra hakimiyyəti orqanına məxsusdur və mənim bununla bağlı heç bir səlahiyyəti yoxdur. Göründüyü kimi Abşeron rayon Polis şöbəsinin sahə rəisi X3 qərarı əsaslandıracaq sənədlər və izahatlar toplamadan əsassız qərar qəbul etmişdir. AR İXMnin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Sözügedən Məcəllənin 130.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məlumat üçün bildirir ki, 10 may 2024-cü il tarixində barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətini əldə etmək məqsədi ilə Abşeron Rayon Polis Şöbəsinə müraciət ünvanlamışdır. Lakin bugünədək, müraciətinə nə bir cavab, nə də qeyd edilən qərarın surəti ona təqdim edilmişdir. Odur ki, barəsində qəbul edilmiş qərarın surətini məhkəməyə təqdim edə bilmir. Abşeron rayon Polis şöbəsinə ünvanladığı məktubun surətini və məktubun qəbul edilməsi ilə bağlı qəbzin surətini təqdim edir. AR İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, İXM-nin 134.1.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (yəni bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlardan göründüyü kimi hazırki iş üzrə Abşeron Rayon Polis Şöbəsinin sahə rəisi X1 qərarı tam əsassızdır, İXM-in 266.4-cü maddəsində qeyd edildiyi kimi şəhərlərdə və ya inzibati ərazi vahidlərinin mərkəzində hər hansı tutum (uma) yerləşdirməmiş və ümumiyyətlə bununla bağlı hər hansı səlahiyyəti yoxdur. Odur ki, sahə rəisi X1 hazırki qərarı ləğv edilməli və onun əməlində inzibati xəta tərkibi olmadığından, ümumiyyətlə inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Mübahisələndirilən qərar Abşeron rayon Polis şöbəsinə müraciət etməyinə baxmayaraq, bugünədək cavabsız qaldığından şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 12 iyul 2024-cü il tarixə, saat 09:15-ə təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs AR DİN Abşeron rayon Polis şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Abşeron rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 266.4-cü maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasını təsdiq edən sübutlar AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, X2 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN Abşeron rayon Polis şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X2 əməlində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində AR DİN Abşeron rayon Polis şöbəsinin 08 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilsin və iş baxılması üçün yenidən AR DİN Abşeron rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar