Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1272/2021 21.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Zəngilan rayonu, Malatkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlu 21.08.2021-ci il tarixdə çay içmək adı ilə Qobu PB-nin həyətinə daxil olmuş, bölmənin arxa tərəfinə keçərkən novbətçi hissənin əməkdaşı polis mayoru, Müşfiq Məmmədov tərəfindən saxlanılmaqla bölmənin həyətini tərk etməsinə dair qanuni tələblərinə riayət eməmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X3 bildirdi ki, 21.08.2021-ci il tarixdə Qobu PB-də iş rejimini pozulmuşdur. Belə ki, səhər saatlarında 2 nəfər şəxsin bölməninin həyətinə daxıl olaraq inzibati binanın arxasına keçmək istəməsi müəyyən edilmişdir. Həmin şəxslərdən nə üçün gəldiklərini soruşduqda çayxanaya gəldiklərini bildirmişlər, Polis əməkdaşı isə buranın inzibati bina olduğunu və onlardan bölmənin həyətini tərk etməsini tələb etdikdə onlarda biri sonradan adının Şəxs olduğu müəyyən edilən şəxs polis qanuni tələblərinə tabe olmamış, növbətçi polisin ünvanına nalayiq ifadələr işlədərək yaxasından tutmuşdur. Buna görə də həmin şəxsin barəsində qanunu tədbir görülməsi üçün protokol tərtib olunmuşdur. Bölmədə həmin şəxslərin Şəxs və X2 olduğu müəyyən edilmişdir. Məhkəmə prosesində İnzibati xəta törədən Şəxs izahatında bildirmişdir ki, traktor sürücüsü işləyir. 21.08.2021-ci il tarixdə tanışı traktor sürən X6 PB ilə üzbə-üz “Yurd” marketin qarşısında dayanan zaman X7 bölməsinin həyətində çay içməyə dəvət etmişdir. Polis bölməsinin həyətinə daxil olduqda adını bilmədiyi bir mayor onlara hara getdiklərini soruşduqda bildirmişdir ki, çayxanaya çay içməyə gedir. O da cavab olaraq demişdir ki, bura çayxana deyil. O. buranın çayxana olmadığın bildiyini və bölmənin çayxanasına getdiyini bildirmişdir. Polis əməkdaşı bölmənin həyətini tərk etməklərini tələb etsə də o, polisin qanuni tələblərinə əməl etməmiş və polisə qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə prosesində raport tərtib etmiş şəxs qismində Abşeron RPİ-nin Qobu PBnin məsul növbətçisi, polis mayoru Müşfiq Məmmədov izahatında bildirmişdir ki, 20.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixə qədər olan müddət ərzində növbədə olub. 21.08.2021-ci il tarixdə saat 09:20 radələrində 2 nəfər şəxsin bölmənin həyətinə girərək inzibati binanın arxasına tərəf keçmələrini görmüşdür. Bu zaman onlardan hansı səbəbdən gəldiklərini soruşduqda onlar çay icməyə gəldiklərini bildirmişlər. O həmin şəxslərə bildirmişdir ki, bura inzibati binadır, çayxana deyil, bölmənin həyətini tərk edin. Onlardan Şəxs kobud şəkildə cavab vermiş və getməkdən imtina etmişdir. O, Şəxs bölmənin həyətini tərk etməklərini tələb etsə də, sonuncu onun yaxasından tutmaqla kobud və nalayiq ifadələr işlətmiş, onun qanuni tələblərinə tabe olmamışdır. Şəxs Müşfiq Məmmədovun köynəyinin yaxasından tutaraq nalayiq ifadələr işlədərkən, başqa polis əməkdaşlarının koməyi ilə polisin inzibati binasına gətirilmiş və raportla rəhbərliyə müraciət etmişdir. Bu zaman Azər yenə də onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə prosesində şahid X2 izahatında bildirmişdir ki, traktor sürür və digər traktor sürən tanışı Şəxslə Qobu PB ilə üzbəüz “Yurd” marketin qarşısında dayanan zaman Azər ona demişdir ki, gedək bölmənin çayxanasında çay içək. O da razılaşmışdır. Onlar bölmənin həyətinə daxil olan zaman adını bilmədiyi bir mayor onlara yaxınlaşaraq hara getdiklərini soruşmuş, Azər də çayxanaya getdiklərini bildirmişdir. Həmin mayor buranın inzibati bina olduğunu və burada çay içməyə icazə olmadığını bildirdi və onlardan inzibati binanın həyətini tərk etmələrini tələb etdi. Azər həmin mayora kobud cavab verdi, mayor isə onu nizam intizama dəvət etsə də, o, ancaq kobud sözlər işlətməyə davam etdi. Mayor onlara bölmənin həyətini tərk etməyi bildirsə də, Azər mayora get işinlə məşğul ol dedi və mayorun yaxasından tutdu. O, Azəri sakitləşdirməyə çalışmış və onu polis bölməsinin içərisinə aparmışdı. Həm də qeyd edir ki, həmin mayora qarşı onun tərəfindən heç bir kobud hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AZA 013959 saylı protokoldan görünür ki, Şəxs oğlu 21.08.2021-ci il saat 09:30 tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs oğluna həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 avqust 2021-ci il, saat 09:30 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1272/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1272/2021
21.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver