Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1274/2023 29.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron RPİ-nin DYPŞ-nin Təbliğat üzrə inspektoru, polis leytenantı X4 tərəfindən tərtib olunmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə saat 23:40 radələrində Şəxs Ramiz oğlu etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyib manevr etmə qaydasını pozaraq Abşeron rayonu, Saray qəsəbəsi, V.Orucov küçəsi ilə hərəkət edən X3 idarə etdiyi “Renault Megane” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, və nəticədə avtomaşının sürücüsü X5 və sərnişinlər X2 ilə X1 zərər vurmayan bədən xəsarətləri almışlar. Bu barədə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən 02 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə saat 23:40 radələrində Şəxs Ramiz oğlu etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyib manevr etmə qaydasını pozaraq Abşeron rayonu, Saray qəsəbəsi, V.Orucov küçəsi ilə hərəkət edən X3 idarə etdiyi “Renault Megane” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, və nəticədə avtomaşının sürücüsü X5 və sərnişinlər X2 ilə X1 zərər vurmayan bədən xəsarətləri almışlar. Odur ki, Şəxs Ramiz oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Lakin, Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 02 noyabr 2022-ci il tarixdə qəbul edildiyindən və Şəxs Ramiz oğlu barəsində inzibati tənbeh görülməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət keçdiyindən Şəxs Ramiz oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.6-cı maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs Ramiz oğlu barəsində inzibati tənbeh görülməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət keçdiyindən Şəxs Ramiz oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Ramiz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1274/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1274/2023
29.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver