Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1275/2020 27.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin Böyük icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Biləsuvar şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1503/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 108 (yüz səkkiz) manat aliment iqdarı dəyişdirilsin və cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əİiyeva Samirə İsfəndiyar qızına ödənilməsi qərara alınmışdır və 2(012)-3637/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli icra vərəqəsinə əsasən 600 manat dəyərində 20 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı nişan üzüyünü, 200 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl sepi, 60 manat dəyərində 2 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan sep üçün kulonu, 750 manat dəyərində 25 qram çəkidə İtaliya istehsalı olan tək brilyant qaşlı ağ qızıldan olan üzüyü, 2100 manat dəyərində 16,9 qram çəkidə 20 karat 750 əyarlı İtaliya istehsalı olan qızıl üzük və sırğanı, 1400 manat dəyərində 12,2 qram çəkidə 1,12 karat 750 əyarlı İtaliya istehsalı olankolyeni, 1200 manat dəyərində 12,39 qram çəkidə 0,41 karat 750 əyarlı İtaliya istehsalı olan bilərziyi, 340 manat dəyərində 6,8 qram çəkidə 583 əyarlı keçmiş SSRİ İstehsalı olan yantar qaşlı qızıl üzüyü, 160 manat dəyərində 5,3 qram çəkidə Türkiyə istehsalı olan qızıl üzüyü, 600 manat dəyərində 12 qram çəkidə 583 əyarlı keçmiş SSRİ istehsalı olan qızıl sepi cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qərara alınmışdır. Şəxs həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin Böyük icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 1503/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 108 (yüz səkkiz) manat aliment iqdarı dəyişdirilsin və cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əİiyeva Samirə İsfəndiyar qızına ödənilməsi qərara alınmışdır və 2(012)-3637/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli icra vərəqəsinə əsasən 600 manat dəyərində 20 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı nişan üzüyünü, 200 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl sepi, 60 manat dəyərində 2 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan sep üçün kulonu, 750 manat dəyərində 25 qram çəkidə İtaliya istehsalı olan tək brilyant qaşlı ağ qızıldan olan üzüyü, 2100 manat dəyərində 16,9 qram çəkidə 20 karat 750 əyarlı İtaliya istehsalı olan qızıl üzük və sırğanı, 1400 manat dəyərində 12,2 qram çəkidə 1,12 karat 750 əyarlı İtaliya istehsalı olankolyeni, 1200 manat dəyərində 12,39 qram çəkidə 0,41 karat 750 əyarlı İtaliya istehsalı olan bilərziyi, 340 manat dəyərində 6,8 qram çəkidə 583 əyarlı keçmiş SSRİ İstehsalı olan yantar qaşlı qızıl üzüyü, 160 manat dəyərində 5,3 qram çəkidə Türkiyə istehsalı olan qızıl üzüyü, 600 manat dəyərində 12 qram çəkidə 583 əyarlı keçmiş SSRİ istehsalı olan qızıl sepi cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qərara alınmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs müxtəlif bəhanələr gətirərək, tələbkara pul ödəməkdən imtina etmişdir. Bir sıra icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcundan tələbkara ödəniş etməmişdir. Dəfələrlə tələbkar tərəfindən borcluya müəyyən müddətdə vaxt verilməsinə baxmayaraq Şəxs icra vərəqələri üzrə olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, məhkəmə qətnaməsində qeyd olunan məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Hal-hazırda aliment borcunun ödənilməməsinin səbəbi işsizliyi və sağlamlığının pis olmasıdır. Ona vaxt verilməsinə baxmayaraq işsiz olduğuna görə tələbkara olan borcunu ödəyə bilmir. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsində barəsində inzibati icraat aparılan Şəxs məhkəmə qətnaməsinin icrasını üzürlü səbəbdən icra etməməsini təsdiq edən heç bir sübut təqdim etməmiş, sadəcə hissə-hissə ödəniş etməsinə vəd verməklə kifayətlənmişdir. Məhkəmə icrasında Şəxs borcunun ödənməsi üçün ona vaxt verilməsini göstərsə də, sonuncu Abşeron rayon İcra və probasiya şöbəsində verdiyi izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsinionun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1275/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1275/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver