Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1275/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxx 1979-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşqul olan, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Arif küçəsi, ev 6027ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 23 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(105)-1792/2019 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmışdır. Hal-hazırda borclu Şəxs aliment borcunu ödəyə bilmir, tələbkar isə almentin ödənilməsini ciddi tələb edir. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X9 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(105)-1792/2019 saylı icra vərəqəsi 14.10.2019-cu il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə və məhkəməyə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yerini müəyyən etmək mümkün olmamış, onun axtarışı haqqında qərar qəbul edilmiş, müəyyən tədbirlər görülmüşdür. Sonda borclu Şərifov X7 Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, onun izahatı alınmışdır. Buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar (zərərçəkmiş şəxs) X4 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(105)-1792/2019 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Hal-hazırda borclu Şəxs aliment borcunu ödəməkdən yayınır Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inzibati xəta üzrə özünü təqsirli bilir. Uzun müddət işsiz olması səbəbindən aliment borcunu ödəyə bilmədiyini, işləməyə başlayan kimi 500 manat aliment borcundan ödədiyini, hər ay hissə-hissə aliment borcunu ödəməyə davam edəcəyini bildirdi. Uzun müddət işsiz olduğundan aliment borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(105)-1792/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq X3 ödənilməsiqərara alınmışdır. İş materiallarında olan 14.10.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində müvafiq qətnaməyə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs aliment borcunu könüllü ödəməsi, nəticəsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat verməsi tələb olunmuş və əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması barədə xəbərdar edilmişdir. İş materiallarında olan borclunun axtarış haqqında qərardan görünür ki, borclu Şəxs yerini müəyyən etmək mümkün olmamış, onun axtarışı haqqında qərar qəbul edilmiş və Zəngilan Rayon Polis Şöbəsinə müraciət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, icra məmurunun və tələbkarın izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi əməli yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin başlanğıcı 23 avqust 2021-ci il tarixdən saat 17:30dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1275/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1275/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver