Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1276/2020 27.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs Abşeron rayon X5 polis bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakı ilə, xx.xx.1974-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllədə yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllədə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı gəlni Zərərçəkmiş şəxs sifətinə şillə vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon X5 polis bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı qaynatası Şəxs onun sifətinə sillə vuraraq ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Şəxs ilk dəfədir ki, inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs gəlinidir. Mehdiabad qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020ci il tarixdə yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs atası evinə getmək istəməsini bildirdikdə, Şəbnura atası evinə getməsinə narazılığını bildirmişdir. Bu səbəbdən onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı ona cavab qaytardığına görə X1 bir dəfə sillə ilə vurmuşdur. Törətdiyi əmələ görə peşmanlıq çəkir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. Şəxs qaynatasıdır. Əri ilə 2018-ci il tarixdə ailə qurmuş, onun valideyinlərinin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşamışdır. Taryel onu rayonda yaşayan valideynləri ilə görüşməyə, telefonla danışmağa qoymur. xx.xx.2020-ci il tarixdə valideynləri Bakı şəhərinə həkimə gəldikləri üçün onun yanına da gəlmişlər. Valideynlərinə vəziyyəti barəsində danışmış və onlarla getmək istədiyini bildirdikdə, Taryel buna razılıq verməmişdir. Bu zaman onlar arasında mübahisə yaranmışdır. Taryelin valideynləri ilə dalaşacağından ehtiyat edərək onları sakitləşdirməyə çalışdığı zaman Taryel onun sifətindən bir sillə vurmuş, daha sonra Taryel uşağı əlindən alıb hamısını evdən qovmuşdur. Şəxs şikayətçidir. MTE və PA Birliyinin Abşeron rayon şöbəsindən alınmış məktuba əsasən Zərərçəkmiş şəxs təhqiqat müddəti ərzində heç bir üzrlü səbəb göstərmədən ekspertiza müayinəsindən keçməkdən boyun qaçırmışdır. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmişin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1 -ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21 -ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1276/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1276/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver