Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1277/2025 20.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Əliyev Ramil tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala görə Şəxs xx.xx.2025-ci il tarixdə X3 məxsus “CHEVROLET CRUZ” markalı avtomobilin şüşəsini sındırmaqla ona 500 manat ziyan vurmuş, “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” növündə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı binanın giriş hissəsində avtomobilin saxlanıldığını görmüş, bu halın binada giriş-çıxışa man olmasını düşünmüş və mühafizədən maşının kimə məxsus olduğunu soruşanda o bilmədiyini söyləmi bunun qarşılıında o əsəbiləşərək əlinin içi ilə maşının ön şüşəsinə vurmuş və şüşə sınmışdır. Daha sonra o, hazırda zərərçəkmiş şəxslə barışdığını və onun heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, Şəxs avtomobilin şüşəsini sındırmaqla ona 500 manat ziyan vurmuşdur. Hal-hazırda aralarında razılaşma olmuşdur, heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. X1 Pərvin Aydın oğlu ilə barışmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş maddi zərər aradan qaldırılmış, onlar barışmışdır, zərərçəkmiş şəxs X1 Pərvin Aydın oğlunun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1277/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1277/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver