Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1278/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: 23 avqust 2021-ci il tarixdə Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və material 23 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin protokola görə -11 avqust 2021-ci il tarixdə, saat 23:46 radələrində,»Opel Astra» minik markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs oğlu - 329.1-ci maddəsi -Təhlükəsizlik kəmərini bağlamadan nəqliyat vasitəsini idarə etməyə görə və 334.1-ci maddəsi - nəqliyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyat vasitəsininalkoqoldan, narkoti vasitələrdən, psixotrop maddələərdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə halına yol verilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, məhkəməyə təqdim edilmiş iş materiallarındaolan inzibati xəta haqqında protokol tərtib edilərkən bu barədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs oğluna protokolun surətinin təqdim edilməsi göstərilməmişdir. İnzibati xəta haqqında material nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş rekvizitlər üzrə düzgün tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında iş materallarından görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1278/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1278/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver