Məhkəmə qərarları › İş №3(012)-1281/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1281/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1281/2021 24.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1985-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 24 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli, 2(006)-140/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 20 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Şəxs tərəfindən icra sənədi icra edilməmiş, o, icra məmurunun qanuni tələblərini icra etməmiş, yaranmış 14000 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin sözü gedən icra sənədi 08.02.2018-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə və məhkəməyə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs vaxtaşırı xarici ölkələrə gedib-gəlir.Borclu istənilən vaxt Azərbaycan Respublikasının hüdudlarını tərk edərək, icra vərəqəsinin icrasından boyun qaçırır. Tələbkarın məktubuna əsasən borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Borclu Cavadov X3 Rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş, onun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inzibati xəta üzrə özünü təqsirli bilir. Hazırda işləmədiyindən aliment borcunu tam ödəyə bilmədiyini, amma hissə-hissə aliment borcunu ödəyəcəkdir. İşsiz olduğundan 14000 manat aliment borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli, 2(006)-140/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, saylı icra vərəqəsinə əsasən Şəxs 20 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 08 fevral 2018-cı il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində müvafiq qətnaməyə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs aliment borcunu könüllü ödəməsi, nəticəsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat verməsi tələb olunmuş və əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması barədə xəbərdar edilmişdir. İş materiallarında olan təqdimatdan görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, icra məmurunun izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi əməli yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin başlanğıcı 24 avqust 2021-ci il tarixdən saat 17:15dən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar