Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1281/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhəkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin nümayəndəsi X1 iştirakı ilə, «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin Abşeron Rayon Polis İdarəsinin X4i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Hyundai” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 06:12-də inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Məhkəmə iclasında iştirak etmiş «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin nümayəndəsi Famil Niftiyev inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq bildirmişdir ki, Abşern rayon Polis İdarəsindən daxil olmuş sorğuya əsasən şirkətin balansında olan nəqliyyat vasitəsi və onun sürücüsü haqqında məlumat 09 aprel 2025-ci il tarixdə Abşeron rayon Polis İdarəsi Dövlət X3 əməkdaşı tərəfindən imza olunaraq qəbul edilmişdir. Buna dair sübutu məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və ya tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Abşeron Rayon X4i şöbəsinin məktubu və müvafiq poçt qəbzinə əsasən «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nə məxsus “Hyundai” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 06:12-də inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Abşeron Rayon Polis İdarəsinin X4i Şöbəsinə verməmişdir;
2. «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ» tərəfindən daxil olmuş 08 aprel 2025-ci il tarixli məktuba əsasən Abşeron rayon Polis İdarəsi daxil olmuş sorğu əsasında şirkətin balansında olan nəqliyyat vasitəsi və onun sürücüsü haqqında məlumat 09 aprel 2025-ci il tarixdə Dövlət X3 əməkdaşı tərəfindən imza olunaraq qəbul edilmişdir.
Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, hazırkı iş üzrə «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ»nin mülkiyyətində olan “Hyundai” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 06:12-də inzibati xəta törədilməsi zaman həmin avtomobilin sürücüsü barədə məlumat qanunla müəyyən olunmuş vaxtda Abşeron Rayon X4i şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan «TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ» tərəfindən hazırkı iş üzrə inzibati xətanın hadisəsini yaradan hərəkətlərə yol verilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
«TƏRƏVƏZÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTU PUBLİK HÜQUQİ ŞƏXSİ» barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abusət Qasımov