Məhkəmə qərarları › İş №3(012)-1283/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1283/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1283/2020 28.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis baş leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Tərtər rayonunun Köçərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində, müraciət etdiyi ərizə ilə əlaqədar Abşeron rayon Pİ-də olarkən Abşeron rayon polis idarəsinin müstəntiqi polis kapitanı Rahil Alıyevin ünvanına nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis polis baş leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon polis idarəsinin müstəntiqi polis kapitanı Rahil Alıyev tərəfindən verilmiş raporta əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində, Abşeron rayon polis idarəsinin inzibati binasında müraciət etdiyi ərizə ilə əlaqədar idarənin müstəntiqi Rahil Alıyevlə mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar araşdılırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyən Rahil Alıyev məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokola zərərçəkmiş şəxsin iştirakı olamdan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində, əsəbi olduğuna görə Abşeron rayon polis idarəsinin inzibati binasında həmin idarənin müstəntiqi vəzifəsində işləyən Rahil Alıyevin xidməti otağına daxil olaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxstörətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə olunsun. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar