Məhkəmə qərarları › İş №3(012)-1285/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1285/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1285/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X7 katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Bakı Nəqliyyat Agentliyinin ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə xx.xx.2020-cu il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini belə əsaslandırmışdır ki, o, etibarnamə ilə idarə etdiyi Mitsubishi Airtırek minik markalı, 99GR670 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi Mitsubishi Airtırek minik markalı, 99GR670 dövlət qeydiyyat nişanlı avtomobili telefonla danışmaq üçün saxlamış və özü də avtomobilin içində olmuş, xəbəri olmadan və ona məlumat verilmədən heç bir yol hərəkəti qaydasını pozmadığı halda barəsində inzibati qərar qəbul edilmişdir. Belə ki, onun barəsində qəbul edilmiş qərara əsasən guya o, dayanma-durma qaydalarını pozmuş, o, “xxxxxxxxxxx” QSC-nin 20 yanvar ərazisində yerləşən filialının pilləkənlərinin yanında saxlamış və orada heç bir dayanma-durma hərəkətini qadağan edən nişan olmamışdır. Qərarın qəbul edilməsindən xəbərsiz olmuş, günlər sonra qərarın qəbul edilməsi barədə təsadufən məlumatı almış, bundan sonra o, BNA-ya müraciət edərək ona qərar barədə agentlik məlumat göndərmiş, qərarı aldıqdan sonra o, elektron qaydada şikayətini BNA-ya göndərmiş və bu günə qədər qərarın araşdırılmasının hansı mərhələdə olması ona məlum deyildir. Ölkədə elan olun olunmuş karantin rejimi ilə əlaqədar qərardan verdiyi şikayəti məhkəməyə indi təqdim etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qərar real vaxt rejimi ərzində sistemə vurulur, inzibati xəta törədən şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Amma qeyd olunan xüsusatlar BNA tərəfindən əməl edilmədiyi üçün qanunvericiyin tələbləri pozulmuşdur. BNA tərəfindən onun barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından məhkəməyə şikayət vermə müddəti üzrlü səbəblərdən, yəni pandemiya dövrünə düşdüyü üçün qərardan şikayət vermə müddətinin bərpa edilməsini bildirmişdir. Sonda o, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən BNA-nın etibarnamə üzrə nümayəndəsi Tutu İsmayılzadə bildirdi ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi Agentliyə təqdim edilməmiş, inzibati qərar mövcud qanunveiciliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Belə ki, X1 Airtırek minik markalı, 99GR670 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə Bakı şəh, R,Cəfərov küçəsi, 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında saxlamış, etiraza əlavə edilmiş nəqliyyat vasitəsinin durması faktı inzibati xətanı fiksə edən fotoşəkil və inzibati xəta törədilən yerin görüntüsü ilə tam təsdiq olunur.Buna görə də qərardan verilmiş şikayət əsasssızdır və BNA tərəfindən qəbul edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan X6 barəsində BNA tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 346.1-maddəsinin tələblərini pozmuş və onun barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iş materaillarında olan fotoşəkilə baxaraq belə hesab edir ki, şikayət verən şəxs Yasin Səmədov idarə etdiyi Mitsubishi Airtırek minik markalı, 99GR670 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəh, R,Cəfərov küçəsi, 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında saxlamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələbini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X6 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, BNA tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: X6 tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar