Məhkəmə qərarları › İş №3(012)-1287/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1287/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1287/2021 25.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 04 may 1985-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş, ünvan 1ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən daxil olmuş 25 avqust 2021-ci il tarixli inzibati xəta haqqında materialda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində vət. Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabeçilik göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X3 onun doğma qardaşıdır. 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində onlar Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində olarkən Abşeron Rayon Pİnin polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlarla mübahisə etmişlər. Polis əməkdaşları onları sakitləşdirərək onları polis bölməsinə aparmışlar. Hazırda törətdiyi əməlindən peşiman olduğunu bildirib ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin sahə rəisi Elçin Hacıxanov bildirdi ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Ayaz Kazımovun icraatında olan araşdırma materialında şübhəli şəxs kimi bilinən Şəxs və X2 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlamaq istədikləri zaman onlar polis əməkdaşlarının qanuni tələbinə tabe olmayraaq onlara müqavimət göstərərək qaçmaq istəmişlər. Həmin vaxt Şəxs yıxılmış, buna baxmayaraq onları polis idarəsinə gətirmişlər. Məhkəmədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində iş materiallarında olan protokoldan və protokola əlavə edilmiş sənədlərdən də müəyyən olundu ki, Şəxs 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində vət. Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabeçilik göstərməməsi səbəbindən, polis idarəsinə gətirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, X3 onun doğma qardaşıdır. 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində onlar Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində olarkən Abşeron Rayon Pİ-nin polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlarla mübahisə etmişlər. Polis əməkdaşları onları sakitləşdirərək onları polis bölməsinə aparmışlar və o, hazırda törətdiyi əməlindən peşiman olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, protokol tərtib etmiş şəxsin izahatı, şahidlərin ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə əməli yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə alıb, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmin məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon İcra İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar