Məhkəmə qərarları › İş №3(012)-1288/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1288/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1288/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi ilə, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə tərtib edilmiş 29 may 2025-ci il tarixli, MN ******* nömrəli, 29 may 2025-ci il tarixli, MN ******* və 29 may 2025-ci il tarixli, MN 1646811, 29 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X3 izahat verərək bildirdi ki, Şəxs 02 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Məzunlar evinin qarşısında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş,02 aprel 2025-ci il tarixdə Şəxs 02 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Məzunlar evinin qarşısında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir, Şəxs 05 aprel 2025-ci il və 29 aprel 2025-ci il tarixlərdə Abşeron rayonu, Masazır qəsəbəsi, Məzunlar evinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Odur ki, qeyd olunan hadisələrlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş əməllər üzrə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs 02 aprel 2025-ci il tarixdə qonşularla mübahisə edirdi və video çəkiliş aparırdı, bu zaman o, Sevdanın üzərinə gedərək video çəkməməsini istəmişdir. Həmin vaxt onu vurmamış, xəsarət yetirməmişdir. Üzərinə getmiş və telefonu əlindən almağa çalışmışdır. Daha sonra həmin video görüntüləri Sevda “facebook” sosial şəbəkəsində paylaşmışdır. Həmin gün şikayət vermiş, lakin şikayətinə baxılmamışdır. Xəstəxanada Sevda ilə qarşılaşmış və ona videonu çəkib, “facebook” sosial şəbəkəsində paylaşması ilə bağlı irad bildirmişdir, bu zaman Sevda səs küy salmış və mühafizəçilər gəlmişdir. Zərərçəkmiş şəxs həmişə onları qıcıqlandıraraq video çəkmişdir. 05 aprel 2025-ci il tarixdə səhər saatlarında zibil atmağa gedən zaman Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Sevdaya yaxınlaşmış və ona “olar bir dəqiqə sizi” deyən zaman Sevda səs-küy salmış və yenə ətrafdakı şəxsləri toplamışdır. Bu zaman o, gərgin olduğu üçün Sevdanın üzərinə getmiş, lakin onu vurmamışdır. Bir dəfə sinəsindən itələmişdir. Həmin gün 102-xidmətinə şikayət verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ekspertizaya aparılmışdır,lakin o, özü ekspertizaya getməmişdir. 24 aprel 2025-ci il tarixdə baş vermiş hadisə zamanı isə yenidən Zərərçəkmiş şəxs polis əməkdaşlarının yanında onları videoya çəkdiyi üçün aralarında mübahisə olmuşdur. Zərərçəkmiş şəxs onu qıcıqlandırdığı, daha sonra videoya çəkdiyi üçün onunla aralarında mübahisələr olub. Bir daha qeyd edir ki, əlildir, xəstədir, özünü təqsili bilmir, odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 02 aprel 2025-ci il tarixdə Səlim adlı oğlan onun yaşadığı mənzilə çıxaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o həmin şəxsi tanımadığı üçün polis əməkdaşlarını çağırmış və onlara bildirmişdir ki, polis əməkdaşlarını çağıracam əvvəlcə dediyiniz sözləri yenidən polis əməkdaşlarının yanında deyərsiz. Polis əməkdaşları gələnədək onlar qrup şəklində artıq həyətdə toplaşmışdı. Polis əməkdaşlarına Səlimin məsuliyyətə cəlb olunmalı olduğunu bildirən zaman həmin şəxslər səs-küy salmış ona əl-qol atmış, üzərinə hücum etmişdirlər. Bu zaman Şəxs onu təhqir etmiş və onu döymüşdür. 05 aprel 2025-ci il tarixdə həftənin şənbə günü övladlarını musiqi məktəbinə aparan zaman Şəxs onun qarşısını kəsərək üzərinə hücum edərək onun ünvanına nalayiq ifadələr işlətdi. Həmin gün Şəxs ona əl-qol ataraq qızıl sepini də sındırmışdır. Həmin vaxt onun telefonu da sındırılmışdır. 24 aprel 2025-ci il tarixdə övladını məktəbə aparan zaman Şəxs həmişə olduğu kimi onun qapısının ağzında qulaq asıb, o, uşaqları ilə nə zaman aşağı düşmək istəsə Bikə qapıdan eşidərək aşağıda öz ətrafına qruplarını toplayır. Həmin gün yenə onlar onun üzərinə hücum etmişdir. Onları telefonla çəkməyinin səbəbi isə polis əməkdaşlarına şikayət edən zaman əlində sübut toplamaq məqsədi olduğunu bildirdi, çünki şikayət verilən zaman ondan sübut istənilir odur ki, həmin şəxslərin onun üzərinə hücum çəkməsini, nalayiq ifadələr işlətməsini mobil telefonla çəkir. Bikə onu 24 aprel 2025-ci il tarixdə də döymüşdür, Şəxs ilə barışmadığını, baş vermiş hadisələr onun psixologiyasına təsir etdiyindən, həyat şəraitinə mənfi təsir etdiyindən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilmiş və Şəxs ictimai qaydanı pozaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsi və üzərinə hücum etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələrinin tərkibinin olması təsdiq edildiyindən onların barəsində həmin maddələrə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 744 saylı rəyinə əsasən 1988-ci il təvəllüdlü S.B.Abbasovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazunun və sağ saidin qançırları, eləcə də sağ süd vəzisinin sıyrığı küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 760 saylı rəyinə əsasən 1988-ci il təvəllüdlü S.B.Abbasovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt dodağın selikli qişasının əzilmiş yarası və alt çənənin sıyrıqları küt əşyanın təsirindən törənmişlər, müayinə olunan şəxsin göstərdiyi müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yarana bilərdilər, sağ bazunun və sağ saidin qançırları, eləcə də sağ süd vəzisinin sıyrığı küt əşyanın təsirindən törəmişlər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla müayinə edilən şəxsin göstərdiyi müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yarana biləridlər, qeyd olunan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 929 saylı rəyinə əsasən 1988-ci il təvəllüdlü S.B.Abbasovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddətdi qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı əl zərbəsi təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

5. “İnzibati xəta haqqında iş üzrə icraatın birləşdirilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat birləşdirilmişdir.

6. “AzeMis” elektron informasiya sistemi vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “qohumluq məlumatları”-na baxılan zaman Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşağının olması müəyyən edilmişdir.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, təqdim edilmiş DVD diskə baxış keçirib, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, video-görüntülər və digər sənədlərlə tam sübuta yetmişdir. Belə ki, onun əməlində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri məhkəmə iclasında tədqiq edilmiş video-görüntü əsasında tam sübuta yetirilmişdir. Onun barəsində tərtib edilmiş hər 3 inzibati xəta haqqında protokol üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri isə müvafiq ekspertiza rəyləri və videogörüntü ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və məhkəmə-tibbi ekspertizalarının rəyi, zərərçəkmiş şəxsin izahatı və təqdim olunmuş videogörüntü ilə uyğunluq təşkil etmir. Ona görə də, Şəxs ona qarşı irəli sürülmüş maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 30.2-ci maddəsinə əsasən inzibati həbs himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində tətbiq edilə bilməz. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması və 2-ci qrup əlil olması müəyyən edildi. Eyni zamanda məsuliyyəti ağırlarşdıran hallar müəyyən edilmədi. Məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, Şəxs tərəfindən yenidən eyni xarakterli inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar