Məhkəmə qərarları › İş №3(012)-1290/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1290/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1290/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İİİ Tağım YPX inspektoru, polis baş serjantı X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Milla şirkətində fəhlə işləyən, orta təhsilli, subay, Ağdam rayonu, Xıdırlı Ərazi Dairəsi, Xıdırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Opel Astra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7 km-də 60 km/saat sürəti ilə hərəkətdə olarkən, olarkən qarşıda yolun sağ kənarında dayanmış X4 məxsus Dacia Logan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş, nəticədə Dacia Logan markalı avtomobilin sərnişinləri - 2000-ci il təvəllüdlü X17, 1992-ci il təvəllüdlü X11, 1956-cı il təvəllüdlü X5, 1997-ci il təvəllüdlü X2 və 2003-cü il təvəllüdlü X6 xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında İİİ Tağım YPX inspektoru, polis baş serjantı X13 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Opel Astra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7 km-də 60 km/saat sürəti ilə hərəkətdə olarkən, olarkən qarşıda yolun sağ kənarında dayanmış X4 məxsus Dacia Logan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş, nəticədə Dacia Logan markalı avtomobilin sərnişinləri - 2000-ci il təvəllüdlü X17, 1992-ci il təvəllüdlü X11, 1956-cı il təvəllüdlü X5, 1997-ci il təvəllüdlü X2 və 2003-cü il təvəllüdlü X6 xəsarət almaları ilə nəticələnən ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X18 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə təqsirli bilərək izahatında bildirdi ki, o, BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7 km-də 60 km/saat sürəti ilə hərəkətdə olarkən, olarkən qarşıda yolun sağ kənarında dayanmış X4 məxsus Dacia Logan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuşdur. Hadisə onun öz ehtiyatsızlığından baş vermişdir. Hadisədən əvvəl o spirtli içki qəbul edərək nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında istifadə etmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, sərnişin olmamışdır. Hazırda törətdiyi əməldən peşimandır.Bunun nəzərə alınmasını və barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 2/22377 saylı, xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yüngül dərəcəlidir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın sürəti icra edilməsi üçün BDYPİ-nin YPXA-na göndərilməsi, Dacia Loğan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş maddi zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüquqlarının olması izah edilməsi qərara alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə X10, Dacia Loğan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Etibarnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X1 Loğan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək, X14 “Opel Astra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idarə etmək, ipoteka qoymaq və digər səlahiyyətləri həyata keçirmək üçün vermişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Opel Astra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7 km-də 60 km/saat sürəti ilə hərəkətdə olarkən, olarkən qarşıda yolun sağ kənarında dayanmış X4 məxsus Dacia Logan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş, nəticədə Dacia Logan markalı avtomobilin sərnişinləri - 2000-ci il təvəllüdlü X17, 1992-ci il təvəllüdlü X11, 1956-cı il təvəllüdlü X5, 1997-ci il təvəllüdlü X2 və 2003-cü il təvəllüdlü X6 xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dispozisiyasına görə, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisəni alkoqol sərxoşluvu vəziyyətində törətməsi İXM-nin 33.1.7-ci maddəsinə görə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə zərərçəkmiş şəxslərə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla ona 700 (yeddi yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə və Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabınaödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar