Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1291/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, İXP3304506 saylı protokolundan X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, İXP3304506 saylı protokoluna və xx.xx.2020-ci il tarixli qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə xx.xx.2020-ci il tarixli protokolun surətini sms vasitəsi ilə eyni tarixdə almışdır. Lakin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, İXP3304506 saylı protokolundan X1 şikayəti poçt vasitəsi ilə şikayəti vermiş, şikayət xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunun 85-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarından göründüyü kimi X2 barəsində protokol tərtib edilsə də, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməmişdir. Digər tərəfdən mövcud inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X2 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığı halda, inzibati xəta haqqında protokoldan şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, İXP3304506 saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, İXP3304506 saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1291/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1291/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver