Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1293/2021 26.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi polis baş leytenantı X6 iştirakı ilə, xx.xx.1964-ci il tarixdə Ermənistan SSRİ, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis baş leytenantı X9 bildirdi ki, 25.08.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə daxil olmuş məlumatda Abşeron rayonu İcra Hakimiyyətinin Saray qəsəbə ərazi inzibati dairəsi üzrə müavini X3 Şahbaz Quliyev və İlqar adlı şəxslər tərəfindən döyülməsi göstərilmişdir. Daxil olmuş məlumat əsasında Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri, polis serjantı Sadiq Səlimovla hadisə yerinə getmiş, Şahbaz Quliyev və Şəxs adlı şəxslər Saray PB-nə dəvət olunmuşlar. X8 İlqar Kazım oğlu polisin ünvanına uzun müddət uca səslə nalayiq ifadələr işlətmiş, bölməyə maddi zərər vurmaqla həm də iş fəaliyyətini pozmuşdur. Bununla Şəxs polisin hüquqazidd hərəkəti dayandırmağa yönəlmiş qanuni tələblərinə tabe olmamışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs həm də spirtli içkinin təsiri altında olmuşdur. Ona görə də məhkəmədə onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi polis baş leytenantı X9 məhkəmə iclasında raportla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şəxs oğlu özünü təqsirli hesab etməklə bildirdi ki, Şahbaz Quliyevlə dostdur. Abşeron rayon Saray qəsəbəsi ərazisində 0,03 ha torpaq sahəsi Qəribova Rəfiqəyə məxsus olmaqla, etibarnamə ilə Şahbaz Quliyevə verilmişdir. Şahbaz Quliyev ağac və bitkilərin satışı ilə məşğul olmaq üçün həmin ərazidə obyekti tikdirirdi. Təxminən bir həftədir ki, həmin ərazidə ustalar işləyir. Lakin, bir neçə gün Saray qəsəbəsi İcra Nümayəndəsinin müavini və İcra Nümayəndəsi həmin əraziyə gələrək tikintinin dayandırılmasını tələb etmişdlər. Ona görə də 25.08.2021 -ci il tarixdə saat 19 radələrində o, Şahbazla birlikdə olan zaman Şahbazın tikinti işlərini aparan şəxslər ona zəng vuraraq Bələdiyyənin əməkdaşlarını yenidən həmin əraziyə gələrək tikintini dayandırmağı tələb etməklərini bildirmişlər. Bununla bağlı o, Şahbazla həmin əraziyə gəlmiş və orada bir neçə Bələdiyyə və icra Nümayəndəliyinin əməkdaşlarının görüb onlara yaxınlaşmışlar. Həmin şəxslər tikintini sökməyi tələb edirdilər. Bu səbəbdən də onların arasında söz mübahisəsi yaranmışdır. Həmin vaxtı o, bələdiyyənin əməkdaşı ilə əlbəyaxa olub itələşmişdir. Bildirir ki, həmin vaxt əsəbi və sərxoş halda olduğu üçün bələdiyyyə işçilərinə əl-qol atmışdır. Daha sonra polis bölməsinə gətirilmiş, orada da kobudluq etməklə qanunsuz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahbaz Quliyev də barəsində inzibati icraat aparılan şəxslə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İƏD-nin Nümayəndəliyinin müavini X7 oğlu bildirdi ki, O, 2021-ci ilin yanvar ayının 21-dən etibarən Abşeron rayonu İcra Hakimiyyəti Başçısının, Saray qəsəbə İƏD-nin Nümayəndəliyinin müavini vəzifəsində işləyir. İcra Hakimiyyətindən Abşeron rayonu, Saray qəsəbəsi yeni çəkilmiş yolun kənarında, “Hikmət İnşaat” tikinti materialları mağazasının yanında bir neçə gün davam edən qanunsuz tikinti işlərinin aparıldığı yerə Abşeron rayon X1qçusu X11 ilə birlikdə yaxınlaşaraq həmin tikintinin saxlanılmasını orada işləyən fəhlələrə bildirmişlər.Təxminən 10 dəqiqə sonra həmin əraziyə Şahbaz və İlqar adlı şəxs gələrək onlara yaxınlaşmış və İlqar adlı şəxs nalayiq küçə söyüşləri ilə onları təhqir etmiş, onun üstünə hücum çəkərək onu vurmaq istəmiş və əl-qol ataraq yaxasından tutub köynəyini cırmaqla onu avtomobilin üzərinə yıxmışdır. Şahbaz Quliyev isə ona “əgər bir daha həmin əraziyə gəlsən səni güllə ilə vuracam” sözlərini bildirmışdir. .Bundan başqa onun yanında olan Bələdiyənin quluqçusu Əbdül Alıyevi də İlqar adlı şəxs təhqir edərək əlinin içi ilə 2 dəfə üz nahiyəsindən zərbə endirib onu döymüşdür. Onlar da polisə məlumat verməyə məcbur olmuşlar. Qeyd edir ki, İlqar adlı şəxs hüquqazidd hərəkətlərinə polis bölməsində də davam etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında dindirilmiş Abşeron rayonu X1qçusu X11 bildirdi ki, 2009-cu ildən Abşeron rayonu Saray qəsəbə Bələdiyyəsinin bələdiyyə qulluqçusu vəzifəsində işləyir. İcra Hakimiyyətindən Abşeron rayonu, Saray qəsəbəsi İcra Nümayəndəliyindən daxil olmuş məlumata əsasən yeni çəkilmiş yolun kənarında, “Hikmət İnşaat” tikinti materialları mağazasının yanında bir neçə gün davam edən qanunsuz tikinti isləri aparıldığı yerə Abşeron rayon Saray İcra Nümayəndəliyinin müavini X5 ilə birlikdə yaxınlaşaraq həmin tikintinin saxlanılmasını orada işləyən fəhlələrə bildirmişlər. Təxminən 10 dəqiqə sonra həmin əraziyə Şahbaz və İlqar adlı şəxs gələrək onlara yaxınlaşmış və İlqar adlı şəxs nalayiq küçə söyüşləri ilə onları təhqir etmiş, onun üstünə hücum çəkərək əl-qol atmış, əlinin içi ilə 2 dəfə üzündən vurmaqla onu döymüşdür. O, da polisə məlumat verməyə məcbur olmuşdur. Qeyd edir ki, İlqar adlı şəxs hüquqazidd hərəkətlərinə polis bölməsində də davam etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş materiallarında sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protoklolundan görünür ki, Şəxs oğlu orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs oğlunun orta dərəcəli sərxoşluq vəziyyətində olmasını Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun vəziyyətini ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs oğluna həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarında olan AZA 013939 saylı protokoldan görünür ki, Şəxs oğlu 25.08.2021-ci il tarixdə saat 21.00 –da inzibati qaydada tutulmuşdur. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 25 avqust 2021-ci il, saat 21:00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: S.Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1293/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1293/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver