Məhkəmə qərarları › İş №3(012)-1297/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1297/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1297/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Maşallah Paşayev tərəfindən qəbul edilmiş TP5816645 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X1 tərəfindən Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Maşallah Paşayev tərəfindən qəbul edilmiş TP5816645 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 barəsində Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Maşallah Paşayev tərəfindən qəbul edilmiş TP5816645 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Maşallah Paşayev tərəfindən qəbul edilmiş TP5816645 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət X1 tərəfindən imzalanmamışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Maşallah Paşayev tərəfindən qəbul edilmiş TP5816645 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun məzmunundan göründür ki, inzibati xəta hadisəsi Bakı şəhəri Binəqədi-Balaxanı yolunda baş vermişdir. Buna görə də, şikayətin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə verilməsi məqsədəmüvafiqdir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan verilən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X1 tərəfindən Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Maşallah Paşayev tərəfindən qəbul edilmiş TP5816645 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar