Məhkəmə qərarları › İş №3(012)-1298/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1298/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1298/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin Saray PB-nin sahə rəisi, polis baş leytenantı X2 oğlunun iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Tovuz rayonu Qədirli ərazi dairəsi, Cilovdarlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Novxanı kəndində yaşayan Şəxs oğlu barəsində Abşeron rayon Polis idarəsi Saray PB-dən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin Saray PB-nin sahə rəisi, polis baş leytenantı X2 oğlu protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Abşeron rayon Pİ PPXB-nin polis nəfəri, polis serjantı Elnur Arifbəyli 30.08.2021-ci il tarixdə xidmətdə olarkən adı sonradan ona məlum olan Şəxs oğlunun özünü şübhəli aparmasını müşahidə etmişdir. Şəxs yaxınlaşaraq özünü təqdim etməsinə baxmayaraq o, özünü qeyri səmimi apararaq onun suallarına cavab verməmişdir. polis bölməsinə gətirilərkən bölmədə Şəxs narkotik vasitələrin təsiri altında olması müşahidə olunmuşdur. Sumqayıt Narkoloji Dispanserin 30.08.2021-ci il tarixli A/778 saylı protokoluna əsasən Şəxs narkotik vasitə olan heroindən, metamfetamindən və marixuanadan istifadə etmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan AZA № 013931 saylı tutma protokoluna əsasən Şəxs 30.08.2021-ci il saat 02:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu ifadəsində bildirdi ki, Tovuz rayonu Qədirli ərazi dairəsi, Cilovdarlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Novxanı kəndində yaşayır və narkotik vasitə olan heroindən, metamfetamindən və marixuanadan istifadə edir. 30.08.2021-ci il tarixdə saat təxminən 02:00 radələrində Abşeron rayon,Novxanı kəndində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Abşeron RPİ-nin Saray PBnə gətirilmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Narkoloji Dispanserin 30.08.2021-ci il tarixli A/778 saylı protokoluna əsasən Şəxs narkotik vasitə olan Heroindən,Metamfetamindən və Marixuanadan istifadə etmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs oğluna həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 30 avqust 2021-ci il, saat 02:45 dəqiqədən hesablansın. Şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, Abşeron rayon Polis idarəsinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Xidmətinə həvalə edilsin. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar