Məhkəmə qərarları › İş №3(012)-1299/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1299/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1299/2020 01.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və inzibati xəta törətmiş şəxs X1 iştirakı ilə xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, UNİ QRUP MMC-in direktoru vəzifəsində işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, ev 71-də yaşayan X3 barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: X7 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(85)-263/2018 saylı icra vərəqəsinə əsasən borclu UNİ QRUP MMC-dən ümumilikdə 87338.498 manat kömrük borcu alınaraq, tələbkar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ödənilməlidir. X4 həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə X2 həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, X7 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(85)- 263/2018 saylı icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. X3 çağrışa vaxtında gəlmiş, lakin icra vərəqəsində qeyd olunan məbləği Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ödəməmişdir. X1 hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Məhkəmə iclasında X3 verdiyi izahatında göstərmişdir ki, qeyd olunan icra vərəqəsindən xəbəri yoxdur. UNİ QRUP MMC-in direktoru vəzifəsi onun adı ilə bağlı olmasına baxmayaraq, elə bir şirkəti yoxdur. Həmin şirkəti etibarnamə əsasında başqa şəxslər idarə etmişdir. Bir sözlə şirkət formal olaraq, onun adınadır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X3 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmədə X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə əsasən X3 vəzifəli şəxsdir. Buna görə də o, vəzifəli şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X1 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: X3 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar