Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1299/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 oğlunun iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Naxçıvan MR, Culfa, Noraşen kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan MR, Culfa rayonu, Göydərə kəndində qeydiyyatda olan və Abşeron rayonu,Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində kirayə yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 157-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 oğlu tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı 31.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 06.07.2021-ci il tarixdə saat 15:00-da Abşeron rayonu, Masazır kəndində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaını törətmişdir. MN ******* saylı 31.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 06.07.2021-ci il tarixdə saat 15:00-da Abşeron rayonu, Masazır kəndi ərazisində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Bununla da İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 oğlu bildirdi ki, 06.07.2021-ci il tarixdə saat 15:00-da Abşeron rayonu, Masazır kəndində Zərərçəkmiş şəxs döymüş və xırda xuliqanlıq hərəkətləri edərək Azərbaycan Respublikasının İXM-nin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, O, hadisə zamanı sürücüsü olmuş 533 saylı marşurut avtobusu ilə 06.07.2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, X3 qəsəbəsinə hərəkətdə olarkən avtobusa sonradan adı Rəna kimi ona məlum olan gənc bir qız minmiş, onlar avtobusda ikisi olmuş, Rəna ondan arxada ğzğncğ sırada əyləşmiş, ondan xoşu gəldiyi ğzğn onunla tanış olmaq istəmiş, ondan telefon nümrəsi istəyib, onu restorana dəvət etmiş və ona hədiyyələr almağı təklif etmiş, lakin o, Rənanın ayağına əl vurub sığal zəkməmiş, ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Masazır qəsəbəsində yaşadıqları evin yaxınlığında avtobusdan dğşğb getmiş, anası hadisədən sonra tanıdığı Zərərçəkmiş şəxs ona qarşı əxlaqsızlıq etməsi barədə məlumat verdiyinə gürə Zərərçəkmiş şəxs dayanacağa gəlib onunla mğbahisə etmiş və səs yazılarını ona qulaq asdırmaq istəyəndə onu kənara itələyərək fiziki ağrı yetirmiş, Arzu təxminən on nəfər şəxsin yanında onun sağ qoluna, sol barmağına xəsarət yetirmiş və hadisə yerində tanımadığı şəxs zənəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. O, törətdiyi əməldən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 oğlu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkən Zərərçəkmiş şəxs bildirmişdir ki, 06.07.2021 -ci il tarixdə, saat 15 radələrində 13.11. 2004-cü il təvəllüdlü qızı X6 Bakı şəhəri, X3 qəsəbəsinə 533 saylı sərnişin avtobusu ilə gələrkən avtobusun sürücüsü Fazil adlı şəxs qızı Rənadan telefon nömrəsi istəyib, onu restorana dəvət etmiş və ona hədiyyələr almağı təklif etmiş, qızı Rəna onun təkliflərini rədd etdikdə sürücü onun ayağına əli ilə toxunaraq ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Bu zaman qızı Rəna oturacaqdan durub yerini dəyişmiş, sürücü Fazilin səsini telefona qeyd etmişdir. Rəna Masazır qəsəbəsində yaşadıqları evin yaxınlığında avtobusdan düşmək istəyərkən Fazil avtobusun qapısını bağlamış, Rəna atasını və qardaşını çağıracağını dedikdə sürücü qapını açmışdır. Rəna evə gəlib hadisə barədə ona məlumat verdikdən sonra o, hadisə yeri olan dayanacağa gəlmiş, orada Fazillə aralarında yaranmış mübahisə zamanı sonuncu ona sol əlini buraraq fiziki ağrı yetirmiş və onun sol əlinin barmağına xəsarət yetirmiş,- onu söymüşdür. O, Şəxs heç bir xəsarət yetirməmişdir. İş materiallarına əlavə olunmuş 26 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ -yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Məhkəmə tibb ekspertizasının 13.07.2021-ci il tarixli 1488 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ bazu nahiyəsinin 3 (üç) ədəd, sol bazu nahiyəsinin 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin 3-cü, 4-cü barmaqları nahiyəsinin 2 (iki) ədəd qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərada qeyd olunan müddətdə və şəraitdə, yəni 06.07.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. İş materiallarına əlavə olunmuş Məhkəmə tibb ekspertizasının 14.07.2021 -ci il tarixli, 1526 saylı rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Şəxs Qəmbəralı oğlunun məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağı və sağ said nahiyəsinin yuxarı 3/1-nin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 12.07.2021 -ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Qəmbəralı oğlunun yetkinlik yaşma çatmayan X7ma qarşı əxlaqsız hərəkətlər etməsi sübuta yetirilməmişdir. Belə ki, Fazil X2rşı əxlaqsız hərəkət etməsi, yəni onun qıçına əl vuraraq sığallaması xüsusatı yalnız Rəna Qəbliyevanm izahatında göstərilir. Başqa heç bir izahat və digər sübutlarla təsdiq olunmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs Qəmbəralı oğlunun inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, İXM-in 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə təqsirli bilinməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə ona, 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1299/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1299/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver