Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1299/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Sumqayıt Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən ünvan 1ndə yerləşən MEBELLAND obyektində xx.xx.2025-ci il tarixdə müvafiq icazə almadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları C.Ağazadə və S.Bayramov tərəfindən ünvan 1 ünvanında yerləşən və Şəxs fəalliyyət göstərdiyi "xxxx" adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 32,16 kvadrat metr reklam yerləşdirilməsi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində xx.xx.2025-ci il tarixdə akt tərtib olunaraq, xx.xx.2025-ci il tarixdə yazılı göstərişlə göndərilmiş və ona göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdərəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırmağı tələb olunmuş, lakin, sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra, 14 may 2025ci il tarixli bildirişlə sahibkara barəsində İXM- nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 27 may 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolun surəti xx.xx.2025-ci il tarixli, 11 -3-2/2- 1233/2025 nömrəli məktubla ünvana göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını və hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək, izahatında göstərmişdir ki, barəsində Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən tam yanlış protokol tərtib edilmişdir. Belə ki, ona qarşı '‘Azərbaycan Dövlət Reklam Agentliyi” tərəfindən tərtib edilmiş protokol üzrə qeyd olunan inzibati xətanın törədilməsinin onun fəaliyyət göstərdiyi obyektlə heç bir əlaqəsi yoxdur və rəsmi olaraq onun istifadəsinə verilməmişdir. O, yaxınlıqda yerləşən digər obyektdə fəaliyyət göstərir və Azərbaycan Dövlət Reklam Agentliyi ilə olan razılaşma konkret olaraq bu obyektə şamil edilmişdir. Protokolda göstərilən obyektdə isə tamam fərqli şəxs öz VÖEN ilə fəaliyyət göstərir. Onun orada faktiki fəaliyyəti yoxdur. Nəzərinizə çatdırır ki, onun fəaliyyət göstərdiyi obyektdə ümumi reklam sahəsi 30.19kv.m olmaqla müqavilə həmin obyektdə digər VÖEN (**********) sahibi olan X2 adına bağlanmış və ödənişlər vaxtı vaxtında ödənir, heç bir borc yoxdur. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun; 2.0.1. maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. 26.1. maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2. maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.5. maddəsinə əsasən açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 2.9-cu bəndinə görə qurğunun reklam səthinin aşağı hissəsində qurğunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və qurğunun nömrəsi barədə məlumatlar yerləşdirilməlidir. Həmin məlumatlar nəqliyyat vasitələrinin ən yaxın hərəkət zolağından, yaxud səkidən oxuna biləcək ölçülərdə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məsuliyyətin yaranması üçün ilk növbədə açıq məkanda reklam sahəsi mövcud olmalı, bu sahədə reklam yerləşdirilmiş olmalı, həmin reklamın yerləşdirilməsi üçün müvafiq icazə alınmamış olmalı, qeyd edilən fakt müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən aşkar edilməli, bununla bağlı reklamı yerləşdirən şəxsə yazılı göstəriş verilməli və ya icrası məcburi qərar qəbul edilməli, icrası məcburi olan göstəriş və ya qərar həmin şəxs tərəfindən icra olunmamalıdır. ünvan 1ndə yerləşən MEBELLAND obyektində xx.xx.2025-ci il tarixdə müvafiq icazə almadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilərək, buna görə icazənin alınmadığına görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs isə '‘Azərbaycan Dövlət Reklam Agentliyi” tərəfindən tərtib edilmiş protokol üzrə qeyd olunan inzibati xətanın törədilməsinin onun fəaliyyət göstərdiyi obyektlə heç bir əlaqəsi olmadığını və rəsmi olaraq onun istifadəsinə verilmədiyini mübahisələndirmişdir. İş materiallarında ünvan 1ndə yerləşən MEBELLAND obyektin Şəxs məxsus olmasına və ya sonuncu tərəfindən həmin obyektdə sahibkarlıq fəaliyyəti göstərməsinə rast gəlinmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2, 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.2.1, 114.2.1, 115, 117, 128-130, 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1299/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1299/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver