Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-13/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən xx.xx.2011 ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən ********** qeydiyyat nömrəsi ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən xüsusi mülkiyyət növü kimi 0,4625 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini çoxillik əkmələr məqsədilə almışdır. Gələcəkdə kənd təsərüffatı təyinatlı bitkilərin, ağacların və bostan-tərəvəz məhsullarının əkilib-becərilməsi zamanı əkin sahəsini və bitkiləri kənar müdaxilələrdən qorumaq üçün torpaq sahəsinin ərazisini mişar daşı ilə hördürməklə hasara almışdır və giriş-çıxış üçün darvaza qoymuşdur. Torpaq sahəsində daş hasardan başqa digər har hansı tikinti, hətta yardımçı tikili belə insa etməmişdir və hər hansı formada təyinatdan kənar istifadə etməmişdir. Buna baxmayaraq İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinin Abşeron şöbəsinin dövlət müfəttişi vəzifəsində işləyən X6 əraziyə baxış keçirən zaman ona məxsus “torpaq sahəsində hasar çəkildiyinə” görə əsassız və qanunsuz olaraq 15 sentyabr 2022-ci ildə MN seriyalı, ******* saylı protokol tərtib etmiş, həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 30 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə onu qanunsuz olaraq 500 (beş yüz) manat məbləğində cərimə etmiş, qərarın surətini ona 2 (iki) gün müddətində verməli (qəbul etdiyi qərarda belə göstərilib) olduğu halda, öz qərarında qeyd edilənlərə və Qanunvericiliyin tələblərinə əməl etməmiş, tərtib edilmiş protokol və qəbul edilmiş qərar barədə ona hər hansı formada məlumat verməyərək onu həmin qərardan yuxarı orqanlara şikayət etmək hüququndan məhrum etməklə hüquqlarını kobud surətdə pozmuşdur. O, inzibati məsuliyyətə cəlb olunmağı barədə yalnız 21 noyabr 2022-ci ildə inzibati qaydada cərimənin ödənilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra söbəsinə çağırılanda icra məmurunun dediklərindən sonra bilmişdir. Binəqədi rayon icra şöbəsində olarkən o, X4 Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinin Abşeron şöbəsinin dövlət müfəttişi vəzifəsində işləyən X6 tərəfindən ona qarşı qəbul edilmiş protokol və qərarın tamamilə qanunsuz və əsassız olduğunu, həmin protokolun və qərarın qəbul olunması barədə ona heç bir məlumat verilmədiyini, onun torpaq sahəsində təyinatından kənar heç bir iş görmədiyini, həmin torpaq sahəsini yalnız hasara aldığını bildirmişdir. İcra məmuru da barəsində tərtib edilmiş protokolun və inzibati məsuliyyətə cəlb edilməyi haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir, lakin buna baxmayaraq barəsində qanunsuz qəbul edilmiş qərarın icrası məqsədilə xx.xx.2022-ci ildə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və qərarın könüllü icrası üçün ona 10 gün möhlət verildiyini bildirdi. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinin Abşeron şöbəsində dövlət müfəttişi vəzifəsində işləyən X6 tərəfindən barəsində qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli , MN seriyalı, ******* saylı inzibati protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə haqqında qərar” tamamilə qanunuz və əsassız olduğu üçün ləğv edilməlidir. Göründüyü kimi hazırkı vəziyyətdə Torpaq Qanunvericiliyinin kənd təsərrüfatı təyinatlı torpaqlarla əlaqədar tələbləri tərəfindən pozulmamış, torpaq sahəsinin kənar müdaxilələrdən mühafizəsi məqsədilə yalnız hasarlanmışdır. Bu hərəkət isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinin Abşeron şöbəsində dövlət müfəttişi vəzifəsində işləyən X6 tərəfindən barəmdə tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli , MN seriyalı, ******* saylı inzibati protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə haqqında qərar”qanunsuz və əsassız olduğundan həmin protokolun və qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində X5 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, tərəflərin etibarnamə üzrə nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin obyektiv araşdırılması üçün qərarın tərtib edilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsindən tələb edib nəzərdən keçirmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,4625 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində tikinti işləri aparmaqla torpağın münbit qatını korladığı aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,4625 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş və əkin məqsədli istifadə növü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X5 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 247.2-ci maddəsi ilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.-ci bəndinə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan tikinti işlərinin aparılmasını yolverilməz hesab edir və torpağın kateqoriyası dəyişdirildikdən sonra orada hər hansı tikinti işlərinin aparılması mümkün ola bilər. Buna görə də X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXMnin 247.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXMnin 247.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-13/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-13/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver