Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1303/2020 02.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-6 RPİ-də qeydiyyatda olan və Binəqədi rayonu, Qinəqədi qəsəbəsi, 1-ci mədədn, 10-cu korpus, ev 56 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-4175/2017 sayl qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxx 2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-945/2018 saylı icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-6412/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş cavabdeh Şəxs 2200 manat dəyərində olan qonaq və yataq dəsti, 3000 manat dəyərində olan qızıl-ziynət əşyalar, boyunbağı ortasında klonu, 1ədəd bilərzik, 1 ədəd srğa üzük dəsti, 1 komplekt, 200 manat dəyərində 1 ədəd qaşlı üzük, 2 ədəd 800 manat dəyərində LG markal 82 ekran və 51 ekran televizor televizor, 1 ədəd 500 manat dəyərində LG markalı 55 kiloqramlıq paltaryuyan maşın, 3 ədəd 700 manat dəyərində kaşmir xalçalar, 150 manat dəyərində 2 ədəd peyk antena dəsti, 3 ədəd 600 manat dəyərində pərdə, 3 ədəd 40 manat dəyərində çilçıraq biri pultla olmaqla, 2 ədəd 150 manat dəyərində rəsm tabloları, 1 ədəd 400 manat dəyərində İran İslam Respublikası istehsalı olan qaz sobası, 570 manat dəyərində olan 3 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 250 manat dəyərində olan 1 taxt döşəyi və 1 yer döşəyi və 575 manat məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Şəxs həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-4175/2017 sayl qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxx 2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə qətnamə qənuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-945/2018 saylı icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-6412/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş Cavabdeh Şəxs 2200 manat dəyərində olan qonaq və yataq dəsti, 3000 manat dəyərində olan qızıl-ziynət əşyalar, boyunbağı ortasında klonu, 1ədəd bilərzik, 1 ədəd srğa üzük dəsti, 1 komplekt, 200 manat dəyərində 1 ədəd qaşlı üzük, 2 ədəd 800 manat dəyərində LG markal 82 ekran və 51 ekran televizor televizor, 1ədəd 500 manat dəyərində LG markalı 55 kiloqramlıq paltaryuyan maşın, 3 ədəd 700 manat dəyərində kaşmir xalçalar, 150 manat dəyərində 2 ədəd peyk antena dəsti, 3 ədəd 600 manat dəyərində pərdə, 3 ədəd 40 manat dəyərində çilçıraq biri pultla olmaqla, 2 ədəd 150 manat dəyərində rəsm tabloları, 1 ədəd 400 manat dəyərində İran İslam Respublikası istehsalı olan qaz sobası, 570 manat dəyərində olan 3 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 250 manat dəyərində olan 1 taxt döşəyi və 1 yer döşəyi və 575 manat məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəxs həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişilərək Şəxs tərəfindən tələbkar X8 xeyrinə 320 manat müəyyən edilmişdir. 2019-cu ilin dekabr ayından başalayaraq 2020-ci ilin fevral ayına qədər 320 manat ödəniş etmişəm. Hazırda borcum 1920 manat təşkil edir. Avqust ayının axırı işə qəbul olmuşam. Bundan sonra ayda 400 manat ödəyə bilərəm. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra sənəsinə əsasən mənim tərəfimdən X4 xeyrinə 15495 manat dəyərində qızıl-ziynət və cehiz əşyalar qaytarılmalıdır. Mənim Tələbkara cəmi 3800 manat borcum qalmışdı. Həmin puldan 200 manatını ödəmişəm. Yerdə qalan pulu hissə-hissə ödəməyimlə bağlı məhkəməyə müraciət etmişəm. Lakin bu gün öyrənmişəm ki, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəm rədd edilib. Mən ödənişlər etmədiyimə görə icra məmurunun qanuni çağırışlarına gələ bilməmişəm. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən 1920 manat aliment borcunun olmasını və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 945/2018 saylı icra sənədinə əsasən isə 3600 manat məbləğindəborcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1303/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1303/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver