Məhkəmə qərarları › İş №3(012)-1305/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1305/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1305/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X2 barəsində Azərbaycan Respublikası DİN Abşeron RPİ Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş EQ10320561 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası DİN Abşeron RPİ Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş EQ10320561 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası DİN Abşeron RPİ Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş EQ10320561 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi şikayət forma və məzmunca düzgün tərtib olunmamışdır.Şikayətin giriş hissəsində “iddiaçı” və “cavabdeh” qeyd edilmişdir.Halbuki, şikayət verən və barəsində şikayət verilən və onlar barədə müvafiq məlumatlar qeyd edilməlidir.Eyni zamnda şikayətin xahiş etdi hissəsində barəsində şikayət verilən tərəfin adı da qeyd edilməmişdir. Azərbaycan Respublikasının 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X1 Azərbaycan Respublikası DİN Abşeron RPİ Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş EQ10320561 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardaddan şikayət verilmir Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar