Məhkəmə qərarları › İş №3(012)-1305/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1305/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1305/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 iş günü müddətində verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi X6 izahatında bildirmişdir ki, qeyd olunan məktub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin məktuba sürücü barədə cavab verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inizbati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 cə 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli AP ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-i DYPŞ-i tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinə sorğu ilə müraciət edilərək mülkiyyətində olan X9 21214-012-50 minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 18:46 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi tərəfindən Azərbaycan Respublikası DİN Abşeron RPİ-i DYPŞnə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan **-PD-*** dövlət nömrə nişanlı Lada 21214 markalı avtomaşın BC 263247 (BC) seriyalı sürücülük vəsiqəsi olan X4 və **-PT-*** dövlət nömrə nişanlı Niva Leqend markalı avtomaşın isə BB 239393 (BCD) seriyalı sürücülük vəsiqəsi olan X1 07.01,2024-ci il tarixindən 2025-cü il yanvarın 23-nə kimi idarə olunması üçün verilmişdir. Bu barədə dəfələrlə məlumat göndərilmişdir Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən göründüyü kimi Abşeron RPİ-i DYPŞ-i tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinə sorğu ilə müraciət edilərək mülkiyyətində olan **-PD-*** dövlət nömrə nişanlı Lada 21214 markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 18:46 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin Abşeron RPİ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla **-PT-*** dövlət nömrə nişanlı Niva Leqend markalı avtomaşın BB 239393 (BCD) seriyalı sürücülük vəsiqəsi olan, 07.01,2024-ci il tarixindən 2025-cü il yanvarın 23-nə kimi idarə olunması üçün verilmiş X2 olması göstərməklə, həmin məktub xx.xx.2024-cü il tarixdə Abşeron RPİ tərəfindən qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar