Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1306/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X1 və Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 iştirakları ilə, X3 Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 17.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : X4 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 17.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru Polis serjantı X9 tərəfindən İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli Qərar qəbul edilərək, Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 211.1-ci maddəsini pozduğu üçün 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın özü qanun pozuntusu ilə qəbul edildiyindən hazırki şikyəti ilə məhkəməyə müraciət etmək etmişdir. Həmin qərarın qəbul edilməsinə heç bir əsas olmamışdır. Ölkəni ağuşuna alan covid-19 pandemiyası ilə bağlı ilk öncə öz canının sağlığından ötrü bütün qayda və qanunlara riayət etməklə, bu pandemiya ilə bağlı bütün qərarlarada hörmətlə yanaşır. Lakin həmin qərar qərəzli şəkildə qəbul edilməklə Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru Polis serjantı X9 onun hüquqlarını pozmuşdur. 17.02.2021-ci il tarixdə qəbul edilmiş qərardan yenicə xəbəri olmuşdur. Bu günə kimi belə bir qərarın olması barədə ona nə mobil telefon vasitəsi ilə nə də ki, poçt vasitəsi ilə heç bir məlumat verilməmişdir. Belə ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 23 saylı evdə həm yaşayır, həm də ki, qeydiyyatdadır. Qeydiyyatı üzrə ondan 200 manat pulun tutulması icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Eltac İskəndərovun icraatına verilmişdir. Ona Eltac müəllim tərəfindən 24.08.2021-ci il tarixdə zəng edilmiş və ondan sonra onun bu məsələdən xəbəri olmuşdur. İcra məmuru Eltac müəllimə hadisəni ətraflı danışdıqdan sonra ona 17.01.2021-ci il tarixli X10 Qərarın surətini təqdim edərək, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququnun olmasını izah etmişdir. Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin 17.01.2021-ci il tarixli inzibati tənbeh haqqında qərarını ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından X10 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X4 şikayətlə eyni məzmunlu ifadə vermiş və bildirmişdir ki, onun protokolun tərtib olunmasından və qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Barəsində şikayət verilən Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı Samir Nəbiyev bildirdi ki, uzun müddət keçdiyindən hadisəni xatırlamır və inzibati xəta ilə bağlı heç bir görüntü yoxdur. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 17.01.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən vətəndaş X2 rejimi qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X10 iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli və heç bir əsas olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X10 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X10 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən X10 hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X10 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X10 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı xəatnın olmasını təsdiq edən heç bir sübut olmadığından X3 şikayəti təmin edilməli, TP seriyalı ******* nömrəli, 17.01.2021-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul olunmuş TP seriyalı ******* nömrəli, 17.01.2021-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1306/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1306/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver