Məhkəmə qərarları › İş №3(012)-1307/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1307/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1307/2021 01.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızınn katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola, icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)-2667/2020 saylı, 02.12.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iş üzrə yaranmış 790 (yeddi yüz doxsan) manat məbləğində aliment borcunu iş üzrə tələbkar X3 xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)-2667/2020 saylı, 02.12.2020-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Əliyev X4 İcra və Probasiya Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən yayınmış, bununla qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)- 2667/2020 saylı, 02.12.2020-ci il tarixli icra sənədinə əsasən ondan 03.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. O, qətnamə üzrə borcunu ödəməkdən imtina etmir. Hazırda da 300 manat borclunun hesabına ödəmişdir, qalan 490 manat borcunu qısa müddətdə ödəcəyinə dair söz verir və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 02.12.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsindən görünür ki, iş üzrə icraat aparılan şəxs Şəxs hal-hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkünlər şəhəri, ev 5, mənzil 26-da məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, iş üzrə icraat aparılan şəxs Şəxs qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. eyni zamanda iş materiallarında olan icra işindən görünür ki, "Safari Group MMC-də maşın operatoru işləməklə 250 manat əmək haqqı alır. İş materiallarında olan borclunun axtarılması barədə 10.08.2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs faktiki yaşayış yerinin olması məlum olmadığı üçün axtarış elan edilmişdir. İş materiallarında olan borclunun yaşayış yerinin dəyişməsinin və yaxud tələbin yönəldə biləcəyi əmlakıın müəyyən edilməsi haqqına 04.02.2019-cu il tarixli aktdan görünür ki, iş üzrə icraat aparılan şəxs Şəxs həmin ünvanda burada yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan 28.04.2021-ci il tarixli, 29.06.2021-ci il tarixli 19.03.2021-ci il tarixli, 24.02.2021-ci il tarixli, 27.01.2021-ci il tarixli, 25.05.2021-ci il tarixli,02.07.2021-ci il tarixli, 01.09.2021-ci il tarixli qəbzlərdən görünür ki, borclu 1040 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Hazırda 300 manat ödəniş etdikdən sonra cəmi 490 manat borcu var. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından və icra məmuru vaxtında icra hərəkətlərini yerinə yetirmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Əliyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs mütəmadi olaraq aliment borcunu ödəyir və ödəməkdən də imtina etmir. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Həm də borclu məhkəmədə borcundan 300 (üç yüz) manat ödəniş etmiş, cəmi 490 manat borcu qalmışdır. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar