Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1307/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 oğlunun Tələbkarın nümayəndəsi: X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar X1 yanında menecer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 02 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-785/2020 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, X9, X6 və X5 müşdərək qaydada 11057,46 manat əsas, 941 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 12198,46 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat alınaraq Zərərçəkmiş şəxs ASC-nə ödənilməlidir. Tələb ipoteka predmeti olan Şəxs məxsus yəhərli dartıcı “DAF TE 105 XF” markalı yük avtomobili (buraxılış ili 2007) ** SZ *** dövlət qeydiyyat nişanlı və tendli furqon “SCHMİTZ S01” yarımqoşqu (buraxılış ili 2005) ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilmiş, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilən məbləğ hesabına banka olan borcun ödənilməsinə, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin X9, X6 və X5 müşdərək qaydada tutulmasına dair qətnamə qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tərəflərə bildiriş və xəbərdarlıq göndərilmişdir. Lakin R. Əsgərova üzərinə qoyulmuş öhdəliyin icasını təmin etməmiş, icra sənədində göstərilən əmlakları banka verməkdən və qalan borcu ödəməkdən yayınmışdır. Belə olan halda tələb borclunun əmək haqqına yönəldilmiş, o da bundan sonra işdən çıxmışdır ki, bu hal onun icra sənədinin icrasından qərəzli yayınmaq istədiyinin göstəricisi və sübutudur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs ASC-nin X7 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan R. Əsgərova tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməməsi, həmçinin hərəkətsizlik göstərilərək borcun ödənilməsi istiqamətində hər hansı biraddım atılmaması tələbkar olaraq onların hüquqlarının pozulmasına və məhkəmə qətnaməsinin icrasız qalmasına səbəb olmuşdur. Nəzərə alınmasını və tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək bildirdi ki, sözügedən nəqliyyat vasitələri rəsmi olaraq onun adına sənədləşdirilmiş olsa da, həmin nəqliyyat vasitələri iş üzrə borclu kimi icra sənədində adı keçən qardaşı Rəmiş Cəfərovun olmuşdur. O, həmin nəqliyyat vasitələrinin harada olmasından məlumatlı deyil, onda olan məlumata əsasən həmin əmlaklar axtarışdadır, həminn əmlakların yerinin müəyyən edilmərək satılmasına isə etirazı yoxdur. Borcun hissə hissə ödənilməsi barədə isə bu günə qədər heç kəs ona nəsə bildirməmiş, belə bir tələbləri olmamışdır. Hər ay əmək haqqından müəyyən bir hissəsini borcun ödənilməsinə ayırmağa hazırdır. Nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-785/2020 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, X9, X6 və X5 müşdərək qaydada 11057,46 manat əsas, 941 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 12198,46 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat alınaraq Zərərçəkmiş şəxs ASC-nə ödənilməlidir.
2. Tələb ipoteka predmeti olan Şəxs məxsus yəhərli dartıcı “DAF TE 105 XF” markalı yük avtomobili (buraxılış ili 2007) ** SZ *** dövlət qeydiyyat nişanlı və tendli furqon “SCHMİTZ S01” yarımqoşqu (buraxılış ili 2005) ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilmiş, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilən məbləğ hesabına banka olan borcun ödənilməsinə, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin X9, X6 və X5 müşdərək qaydada tutulmasına dair qətnamə qət edilmişdir.
3. Abşeron rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-785/2020 nömrəli icra vərəqəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir.
Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, borcun ödənilməsindən yayınma kimi hərəkətlər aşkar edilməmişdir, belə ki, o, ipoteka qoyan olmaqla borcun ödənilməsi hissəsində məsul şəxs deyildir, onun öhdəliyi ipoteka predmeti ilə məhdudlaşır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ipoteka predmeti olan əmlakların axtarılması barədə qərar qəbul edilmişdir. Həmin əmlakların yerini müəyyən etmək mümkün olmadığından onların təhvil verilməməsinə görə Şəxs hərəkətlərini qərəzli hesab edilməməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İstinad olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulan öhdəlikləri qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53,55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov