Məhkəmə qərarları › İş №3(012)-1308/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1308/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1308/2023 20.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsinin nüayəndəsi X1 iştirakı ilə, Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsinin nüayəndəsi X3 bildirdi ki, idarə olaraq onlar ildə bir dəfə mülkiyyətlərində olan avtomobillərin sürücüləri barədə siyahını ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası ETSN Nəqliyyat İdarəsinə göndərirlər. Binəqədi rayon Polis İdarəsi tərəfindən göndərilən sorğu idarənin yerləşdiyi ünvana yox, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin (Bakı Kartoqrafiya fabriki) ünvanına göndərilmişdir. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Binəqədi RPİ DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Binəqədi RPİ DYPŞ-si tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə (Bakı Kartoqrafiya fabriki) sorğu ilə müraciət edilərək komitənin mülkiyyətində olan “QAZ 31105 100” minik markalı, 90AX491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 11:19 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ETSN Nəqliyyat İdarəsinin Binəqədi rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeli qurum və təşkilatların sürücüləri və idarə etdikləri nəqliyyat vasitələrti haqqında məlumatları 05 yanvar 2023-cü il tarixindən 20 yanvar 2024-cü il tarixinə kimi qeydiyyata almağınızı xahiş edirik. Nazirliyin müvafiq struktur bölmələri o cümlədən, tabeli qurumlarının balansında olan nəqliyyat vasitələri Ekologiya və Təbii Sərvətlər nazirliyinin 2019-cu il 06 fevral tarixli 97/ü, 2019-cu il 26 avqust tarixli 265/ü, 2019-cu il 14 may tarixli 378/ü, 2020-ci il 16 iyul tarixli 444/ü əmrləri ilə Nəqliyyat İdarəsinin balansına verilmişdir. Belə ki, avtonəqliyyat vasitələrinə təyin olunan sürücülər ekologiya və Təbii Sərvətlər nazirliyinin Nəqliyyat İdarəsinin işçiləridir. Bu səbəbdən tərəfinizdən göndərilən sorğu və bildirişlər bəzən ya göstərilən ünvanlara çatmır, çatdıqda isə bu sorğulara cavab vermək ETSN-nin tabeli qurumları tərəfindən mümkün olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq nəqliyyat vasitələri haqqında sorğu və bildirişlərinizi Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Nəqliyyat İdarəsinə göndərməyinizi xahiş edirik. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Belə ki, Binəqədi RPİ DYPŞ-i tərəfindən Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsi barəsində İXP5480410 nömrəli, xx.xx.2023-cü il tarixli prorokol tərtib olunmasına baxmayaraq komitənin mülkiyyətində olan “QAZ 31105 100” minik markalı, 90AX491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 11:19 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi barədə sorğu Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin (Bakı Kartoqrafiya fabriki) ünvanına göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar