Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1308/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Zəngilan Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. İnzibati protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixində sərxoş vəziyyətdə Zəngilan RPŞ-nin inzibati binasında DYPB-in xidməti otağında xalası oğlunun işi ilə əlaqədar ucadan səs-küy salaraq, polisin normal iş rejimini pozmuş, polis əməkdaşları onu nizamintizama dəvət etsələrdə də, öz hərəkətlərini davam etdirərk, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs tərəfindən İXM-nin 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasından göründüyü kimi, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən onun obyekti, subyekti, obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə isə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Dolayısı ilə, əməlin inzibati xəta sayılması üçün onun tərkib əlamətlərini əks etdirən bütün elementlər mövcud olmalıdır. İnzibati xətanın obyekti dedikdə isə inzibati xətalar haqqında qanunvericiliklə qorunan ictimai münasibətlər başa düşülür. Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsinə əsasən idarəçilik qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi “Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Həmin maddənin bəndlərində nəzərdə tutulmuş inzibati xətaların dispozitiv şərtlərinə görə isə obyektləri müxtəlif olmaqla bir-birindən fərqlənir. Belə ki, 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın obyekti qismində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama çıxış etdiyi halda, 535-ci maddənin obyekti qismində polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama çıxış edir. Hazırki işin hallarından isə müəyyən edilir ki, Zəngilan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılarkən xətanın obyekti düzgün müəyyən edilməmişdir. Belə ki, inzibati protokoldan müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində sərxoş vəziyyətdə Zəngilan RPŞ-nin inzibati binasında DYPB-in xidməti otağında xalası oğlunun işi ilə əlaqədar ucadan səs-küy salaraq, polisin normal iş rejimini pozmuş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə də, öz hərəkətlərini davam etdirərk, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Zəngilan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməli olmasına baxmayaraq, səhvən Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə olan halda, hazırda baxılması üçün məhkəməyə təqdim edilmiş protokol üzrə Şəxs əməlində qeyd olunan xətanın bütün tərkib əlamətləri mövcud olmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535 maddəsi ilə nəzərdə tutulan inzibati xəta ilə bağlı inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola dair material Zəngilan RPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1308/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1308/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver