Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1312/2020 02.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümmayəndəsi X1 iştirakı ilə, «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 14000-1628/20 nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, «xxxx» MMC şirkəti (VÖEN **********) xx xxxxxx 2020-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük idarəsində **********9174, **********9169 sorğu nömrəli gömrük bəyannamələri ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilən Almaniyadan "xxxx" MMC şirkətinin ünvanına gələn piyvə yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrek idarəsinin "mazımçay" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş piyvə yükünə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasına "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə pivə yükü gəlmişdir. Gömrük sərhədini keçməzdən bir saat əvvəl qısa idxal bəyannaməsi verilməsi barədə şirkətin məlumatı vardır. Həmin pivə yükü ilə bağlı qısa idxal bəyannaməsi verilmişdir, lakin həmin yük rəsmiləşdirilən zaman məlum olmuşdur ki, qısa idxal bəyannaməsi olmasına baxmayaraq sistemə vurulmamışdır. Sürücü isə şirkətə məlumat vermədən, gömrük sərhəddinə daxil olmuşdur. Təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş protokol tamamilə əsassızdır. Hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında işüzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixində saat 15:01 radələrində qısa idxal bəyannaməsi “Mazımçay” gömrük postuna təqdim etmişdir. Məhkəmədə «xxxx» MMC tərəfindən valyuta tənzimi qaydalarını pozması ilə bağlı hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə «xxxx» MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi : Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1312/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1312/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver