Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1312/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlunun, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Astara rayonu, Telman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Saray qəsəbəsi, yeni məhəllədə kirayədə yaşayan Şəxs oğlunun barəsində Abşeron Rayon Polis İdarəsi Saray PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, 31.07.2021-ci il tarixdə saat 12 radələrində Saray qəsəbəsi, Sahil küçəsində yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yanındakı uşaqları görməyə gələrkən mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür.Buna görə də Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs oğlunun məhkəmə prosesində özünü təqsirli bilməyərək qeyd etdi ki, 31.07.2021-ci il tarixdə saat 12:30 radələrində özünə məxsus Saray qəsəbəsi Sahil küçəsi evin içərisində keçmiş arvadı Zərərçəkmiş şəxs-qızı onu və ailə üzvlərini söyüb təhqir edərək, sonradan ona əl-qol ataraq bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. O, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 2 azyaşlı uşağı var. Lakin, 2020-ci ildə o, Aynurə ilə boşanmışdır. Məhkəmənin qərarı ilə hər həftənin 6-cı günü saat 12:00-an 16:00-dək uşaqları ilə görüş təyin edilmişdir. O, 31,07.2021-ci ildə Aynurənin yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən evə uşaqlarını görmək məqsədi ilə getmişdir. Həmin vaxt Aynurə heç bir səbəb olmadan onu söyüb təhqir etmiş, bundan sonra onunla mübahisə edərək ev qapısını onun üstünə çırpmış, qapı burun nahiyəsinə dəymiş, həmçinin Aynurə əl qol ataraq müxtəlif bədən nahiyələrinə dırnağı ilə sıyrıq xəsarəti yetirmiş və boğaz nahiyəsindən tutub sıxmış, həmçinin üz nahiyəsinə əlinin içi ilə vuraraq onu döymüşdür. O, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, Aynurədə onu şikayətinə cavab olaraq onun özündən şikayət etmişdir. Həmin vaxt evdə tanımadığı başqa bir qadın da, olmuşdur. Əvvəllər də öz aralarında münaqişələr baş vermişdir.O, Aynurəni döymədiyini və təhqir etmədiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs oğlunun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o, 2015-ci il tarixdə Şəxs ilə birgə nigaha girərək ailə həyatı qurmuş, birgə nigahdan 2 uşağları var. Keçmiş əri Əli ilə aralarında mübahisələr yaranmasına görə onlar 2020-ci ildə boşanmışlar.Məhkəmənin qərarı ilə uşaqlar onunla yaşayır, lakin 2016-cı il təvəllüdlü oğlu Şəxs hər həftənin 6-cı günü saat 12-ən 16:00 -dək atası ilə görüş verilmişdir.Hər həftə o, uşağı atası ilə görüşmək üçün şərait yaradır.31.07.2021-ci il tarixdə saat 12:30 radələrində keçmiş əri Şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki evə gələrək uşağı götürmək istəyərkən onun otağına daxil olmuşdur.O da, Əliyə otaqdan çölə çıxmağı tələb etmişdir, lakin Əli evdən çıxmayacağını bildirmiş və onların arasında söz mübahisəsi yaranmışdır.Bundan sonra Əli onu təhqir etməyə başlamış o da, cavab olaraq onu söyüb təhqir etmişdir.Bundan sonra Əli onun saç nahiyəsindən tutaraq dartmağa başlamış və qoluna vuraraq onu döymüşdür. Şəxs onu döydüyünə görə o da, özünümüdafiə etmək üçün Əlini əli ilə itələmişdir. Yaşadıqları evdə məhkəmənin qərarı ilə yaşamaq hüququ hər ikisinə verilmişdir. Xahiş edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri görülsün. Məhkəmə iclasında dindirilmiş şahid X4 da analoji izahat verərək Zərərçəkmiş şəxs izahatını təstiq etmişdir və bildirmişdir ki, qonşuluqda yaşayır, rus dili müəlliməsidir və uşaqa rus dili dərsi keçmək üçün evə gəlmişdir. 31.07.2021-ci il tarixdə saat 12:30 radələrində Abşeron rayonu Saray qəsəbəsindəki evdə qonşusu Zərərçəkmiş şəxs ilə keçmiş əri Şəxs arasında söz mübahisəsi yaranmış. Bundan sonra ona Əli Aynurəni təhqir etməyə başlamış və onun saç nahiyəsindən tutaraq dartmaqla, qoluna vuraraq döymüşdür. Aynurə isə özünü qorumaq üçün onu itələmiş və Şəxs döyməmişdir. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ -yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 31.07.2021-ci il tarixli 1722 nömrəli rəyindən məlum olmuşdur ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər boyun və sağ said nahiyəsinin aşağı 1/3-nin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni, 31.07.2021 -ci il tarixdə tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 02.08.2021-ci il tarixli 1740 nömrəli rəyindən məlum olmuşdur k: Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki bazunun, sol sağrının və sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir;qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni, 31.07.2021-ci il tarixdə tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə prosesində 46 saniyə davam edən videodan görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs sözlə mübahisə edir. Zərərçəkmiş şəxs qucağında uşaq var. Şəxs qapını bağlamağa çalışan Zərərçəkmiş şəxs tərəf getməklə qapını yenidən açır və yenidən sözlə mübahisə edirlər. Zərərçəkmiş şəxs ikinci dəfə qapını örtəndə görüntü kəsilir, uşaqların ağlamaq səsi və Şəxs bərkdən qışqırıq səsi gəlir. Görüntünün sonunda görünür ki, kənardan olanları müşahidə edən və qucağında uşaq olan şahid X6 Aslanovanı müdafiə etməyə çalışır. Görüntünün əvvəlində uşaq Aynurənin qucağında olsa da görüntü kəsiləndən sonra uşaq qucağında deyil. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, 31.07.2021 -ci il tarixdə. saat 12 radələrində Abşeron rayonu Saray qəsəbəsi Sahil küçəsində fərdi yaşayış evinin içərisində Şəxs uşaqları ilə görüşmək üçün keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək aralarında baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs saçından yolmaqla onu vurmuş, nəticədə ona sağlamlığına zərər vurmayan dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə bağlı xüsasatları inandırıcı və ağlabatan hesab etmir və özünümüdafiə kimi qiymətləndirir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, videogörüntüyə baxış keçirməklə məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin, şahidin izahatı, videogörüntü və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, gələcəkdə tərəflər arasında mübahisənin daha da dərinləşməsinin qarşısını almaq məqsədilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1312/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1312/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver