Məhkəmə qərarları › İş №3(012)-1312/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1312/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1312/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 oğlunun Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 04 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 22 avqust 2023-ci il tarixli, 2(012)- 3113/2023 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, İddiaçı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 09:00-dan 21:00-a kimi, Yeni il, Novruz, Qurban və Ramazan bayramları günləri, uşağın ad günündə saat 09:00dən 21:00-a qədər olmaqla görüş verilmişdir. İcra sənədi icraata daxil olduğu vaxta icraata başlanılaraq tərəflərə məlumat verilmiş, daha sonra borcluya bildiriş və təqdimat göndərilmişdir. Lakin borclu edilmiş xəbərdarlıqdan nəticə çıxarmayaraq qərəzli şəkildə icra sənədində göstərilən tələbin icrasından yayınmış, öhdəliyin icrasını təmin etməmişdir. İcra tədbirləri zamanı X1 atasının himayəsində olmasına baxmayaraq, faktiki olaraq Masallı rayonunda nənəsinin yanında yaşamaqla, bağça təhsilini də orda alması müəyyən edildiyi üçün icra sənədi aidiyəti üzrə icra edilməsi üçün Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin Abşeron rayon Məhkəməsinin qərardadına əsasən həmin qərar ləğv edilmiş, icra işi icra tədbirlərinin davam etdirilməsi üçün geri qaytarılmışdır. Bundan sonra borcludan icra sənədinin icrası tələb edilsə də, o müxtəlif üsullarla icra sənədində göstərilən tələbin icrasından yayınmışdır. Belə ki, əksər vaxtlar uşağı görüş məqsədi ilə gətirməkdən imtina etmiş və ya özünə həvalə edilmiş vəzifəni başqasına tapşırmış, yəni uşağı görüş yerinə başqa şəxslər tərəfindən göndərmişdir. Bu da tələbkarın haqlı narazılığına və şikayətinə səbəb olmuşdur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü ildən məhkəmə tərəfindən icra sənədi verilməsinə baxmayaraq, borclu Şəxs icra sənədində göstərilən tələbin icrasından qərəzli şəkildə yayınmışdır. Belə ki, onlar arasında nikaha xitam verilərkən birgə nikahdan doğulmuş Rəşid təxminən 10 aylıq körpə olmuşdur. Onun həmin uşağa baxmağa şəraiti və imkanı olmadığına görə uşğın atanın himayəsinə verilməsinə razılığını bildirmişdir. Şəxs isə uşağın onun yanında qalmasına razılıq versə də, uşağı özü ilə saxlamaq əvəzinə rayona apararaq anasına vermişdir. O, Xırdalan şəhəri ərazisində yaşadığı üçün Masallı rayonuna uşaqla görüş üçün gedib gəlmək nun imkanları xaricindədir. Borclu isə, hər dəfə müxtəlif bəhanələr gətirərək görüşü təşkil etməkdən yayınmışdır. Nəticədə uşaq demək olar ki, onu tanımır, ona yad insan kimi münasibət göstərir. Nəzərə alınmasını və tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək bildirdi ki, məhkəmə qətnaməsinin mahiyyəti, həmçinin hüquq və vəzifələri ona tam aydındır. O, Zərərçəkmiş şəxs ilə məhkəmə qaydasında boşandıqda Rəşid adlı övladları onun yanında qalmışdır. Həmin vaxt o, uşağa baxmaq imkanında olmadığı üçün, uşağı Masallı rayonunda yaçayan anasının yanına vermişdir. Həmin vaxtdan bu günə qədər uşaq nənəsi ilə birlikdə Masallı rayonunda yaşayır. Onun özünün 4 yaşlı uşağa baxmaq kimi imkanları yoxdur. Uşağın onun himayəsinə verilməsinə səbəb isə, boşanma prosesi zamanı ananın uşaqdan imtina edərək baxmaq imkanlarının olmamasını bildirməsi olmuşdur. Bu günə qədər dəfələrlə Zərərçəkmiş şəxs təklif etmişdir ki, artıq uşağın 4 yaşı var ayda 500 manat aliment ödəməyə də razıdır, təbiidir ki, bu yaşda uşaq ana ilə böyüsə daha yaxşıdır, uşağı öz himayəsinə götürsün, lakin hazırki iş üzrə tələbkar bundan imtina etmişdir. Anası yaşlı olmaqla son zamanlar səhəti ilə bağlı müxtəlif problemlər yaşamaqdadır. Onun da uşağa baxmasında çətinliklər var. Onu da qeyd edir ki, o heç vaxt ananın uşaqla ünsiyyətinə mane olmaq kimi hərəkətlərə yol verməmidir. Rəsmi olaraq uşaq onun himayəsinə verilsə də, həmin vaxtdan faktiki olaraq nənəsi ilə Masallı rayonunda yaşayır. O, özü ayda bir bəzən iki dəfə rayona gedərək övladını görə bilir. Tələbkar həkim olduğu üçün ayda bir neçə dəfə Lənkəran rayonuna tibbi fəaliyyətlə bağlı gedib-gəlir, o, dəfələrlə Cəlaləyə bildirmişdir ki, rayona getdiyi vaxt gedib istədiyi qədər övladı ilə ünsiyyətdə ola bilər, hətta özü ilə götürüb növbəti dəfə rayona qayıtdığı vaxt nənənin yanına qaytara bilər. Sonda onu da qeyd etdi ki, uşağı özü ilə saxlamamasına səbəb ona lazimi qaydada baxmaq imkanının olmaması, görüşü təşkil etmək üçün hər dəfə rayona gedərək uşağı gətirmək və sonra yenidən rayona qaytarmaq imkanında da olmaması halları nəzərə alınmalı, uşağı ananın daimi himayəsinə verməyə razı olması qiymətləndirilməlidir. Nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon Məhkəməsinin 22 avqust 2023-ci il tarixli, 2(012)-3113/2023 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, iddia ərizəsi təmin edilmiş, İddiaçı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 09:00-dan 21:00-a kimi, Yeni il, Novruz, Qurban və Ramazan bayramları günləri, uşağın ad günündə saat 09:00-dən 21:00-a qədər olmaqla görüş verilmişdir.

2. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır.

Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən inzibati xəta sübuta yetirilmədikdə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrasından qərəzli yayınma kimi hərəkətlərin olması faktı müəyyən edilməmişdir. Belə ki, birgə nikahdan doğulmuş Rəşid adlı uşaqlarının onunla yaşamaması həm tələbkar, həm də borclu tərəfindən etiraf edilmiş, o, ananın uşaqla ünsiyyətini təmin etməsə də, yəni hər dəfə rayondan uşağı ana ilə görüşdürmək üçün gedib gətirməsə də, heç vaxt ananın ora gedərək uşaqla ünsiyyətdə olmasına mane olmamış, hətta bildirmişdir ki, uşağı başqa şəxslər vasitəsi ilə görüş yerinə gətirə bilər. Həmçinin uşağın daimi olaraq anaya verilməsinə və ya bir müddətlik verilməsinə etiraz etməmişdir. Bu vəziyyət məcmu halında qiymətləndirilərək belə nəticəyə gəlinir ki, borclu icra sənədinin icrasına mane olmur, onun əməlində qərəzli yayınma hallarının olması sübuta yetirilmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İstinad olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulan öhdəlikləri qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53,55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar