Məhkəmə qərarları › İş №3(012)-1313/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1313/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1313/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qasımov küçəsi, ev 10-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cımaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2020-ci il tarixli protokol tərtib etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs müayinə zamanı qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BMCMİ-in xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qasımov küçəsi, ev 10-da yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:40-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, 31 saylı ünvanın qarşısında şübhəli şəxs qismində DİNin BMCMİ-nə dəvət edilmişdir. DİN-in BMCMİ-də izahatı alınarkən onun narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bununla əlaqədar Şəxs müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qasımov küçəsi, ev 10-da yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, 31 saylı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, onu Pİ-nə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına həmin günü Bakı şəhəri, Nizami rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində aldığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini etiraf etmişdir. Onu müayinəyə göndərilmiş, müayinə zamanı onun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Hazırda əməlindən peşmandır. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 1/4238 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə müayinə olunarkən onda «narkotik vasitə olan qurudulmuş marixuanadan» istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzrədə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhəri, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar