Məhkəmə qərarları › İş №3(012)-1313/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1313/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1313/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlunun, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Saray qəsəbəsi, İnternat dairəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsi Saray PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* və MN ******* nömrəli protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, 31.08.2021-ci il tarixdə saat 12 radələrində Saray qəsəbəsində yaşayan Şəxs yanına keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs uşaqları görməyə gələrkən mübahisə düşmüş və Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq Şəxs onu döymüşdür.Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir.Bundan başqa 31.08.2021-ci il tarixdə Şəxs Saray qəsəbəsində yaşadığı evin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs aid bir otağın müşahidə kamera sistemindən 1 ədəd kamerasını qəsdən qopardaraq 50 manat ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində həm də Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir Şəxs məhkəmə prosesində olan izahatından görünür ki, o, 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birgə nigaha girərək ailə həyatı qurmuş, birgə nigahdan 2 uşağları var. Keçmiş əri Əli ilə aralarında mübahisələr yaranmasına görə onlar 2020-ci ildə boşanmışlar. Məhkəmənin qərarı ilə uşaqlar onunla yaşayır, lakin 2016-cı il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs hər həftənin 6-cı günü saat 12-dən 16:00 -dək atası ilə görüş verilmişdir. Hər həftə o, uşağı atası ilə görüşmək üçün şərait yaradır. 31.07.2021-ci il tarixdə saat 12:30 radələrində keçmiş əri Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki evə gələrək uşağı götürmək istəyərkən onun otağına daxil olmuşdur. O da Əliyə otaqdan çölə çıxmağı tələb etmişdir, lakin Əli evdən çıxmayacağını bildirmiş və onların arasında söz mübahisəsi yaranmışdır. Bundan sonra Əli onu təhqir etməyə başlamış o da, cavab olaraq onu söyüb təhqir etmişdir.Bundan sonra Əli onun saç nahiyəsindən tutaraq dartmağa başlamış və qoluna vuraraq onu döymüşdür. Zərərçəkmiş şəxs onu döydüyünə görə o da, özünümüdafiə etmək üçün Əlini əli ilə itələmişdir. Yaşadıqları evdə məhkəmənin qərarı ilə yaşamaq hüququ hər ikisinə verilmişdir. Sözügedən kameranı Əli quraşdırmışdır ki, onu müşahidə etsin. Onların nikahı pozulmuşdur. O da kameranı çıxarıb kənara qoymuşdur ki, Əli istədiyi vaxt onlara baxa bilməsin. Xahiş edir ki, onun barəsində iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu hüquqlarını müdafiə etdiyi şəxsə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs Süleyman oğlu bildirdi ki, 31.07.2021-ci il tarixdə saat 12:30 radələrində özünə məxsus Saray qəsəbəsi Sahil küçəsi evin içərisində keçmiş arvadı Şəxs-qızı onu və ailə üzvlərini söyüb təhqir edərək, sonradan ona əl-qol ataraq bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. O, 2015-ci ildə Şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 2 azyaşlı uşağı var. Lakin, 2020-ci ildə o, Aynurə ilə boşanmışdır. Məhkəmənin qərarı ilə hər həftənin 6-cı günü saat 12:00-an 16:00-dək uşaqları ilə görüş təyin edilmişdir. O, 31.07.2021-ci ildə Aynurənin yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən evə uşaqlarını görmək məqsədi ilə getmişdir. Həmin vaxt Aynurə heç bir səbəb olmadan onu söyüb təhqir etmiş, bundan sonra onunla mübahisə edərək ev qapısını onun üstünə çırpmış, qapı burun nahiyəsinə dəymiş, həmçinin Aynurə əl qol ataraq müxtəlif bədən nahiyələrinə dırnağı ilə sıyrıq xəsarəti yetirmiş və boğaz nahiyəsindən tutub sıxmış, həmçinin üz nahiyəsinə əlinin içi ilə vuraraq onu döymüşdür. O, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, Aynurədə onu şikayətinə cavab olaraq onun özündən şikayət etmişdir. Həmin vaxt evdə tanımadığı başqa bir qadın da, olmuşdur. Əvvəllər də öz aralarında münaqişələr baş vermişdir.O, Aynurəni döymədiyini və təhqir etmədiyini bildirmişdir. Hal-hazırda Aynurə 2 azyaşlı övladı ilə onun Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Onun özü orada yaşamasa da ayrıca bir otağa əşyalarını qoymuşdur. O, ailə qurmaqla ayrı yaşayır. O, evə nəzarət etmək məqsədilə çöl və həyət tərəfə video müşahidə sistemi quraşdırmışdır. Aynurə isə həmin video müşahidə sisteminə məxsus olan bir ədəd kameranı qəsdən sındıraraq yerə atmışdır. Belə ki, o, 06.08.2021-ci il tarixdə evinə baş çəkən zaman kameranın sındırılmış vəziyyətdə yerə atıldığını görmüşdür. Həmin zaman Aynurə kameranı özü sındırdığını və kameranı bərpa etdirməyə ona imkan verməyəcəyini bildirmişdir. Bu səbəbdən o, Aynurənin barəsində şikayət etmək qərarına gəlmişdir. Ona hadisə nəticəsində 50 manat maddi ziyan dəymişdir Məhkəmə iclasında dindirilmiş şahid X4 da analoji izahat verərək Şəxs izahatını təsdiq etmişdir və bildirmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid X4 da analoji izahat verərək Şəxs izahatını təstiq etmişdir və bildirmişdir ki, qonşuluqda yaşayır, rus dili müəlliməsidir və uşaqa rus dili dərsi keçmək üçün evə gəlmişdir. 31.07.2021-ci il tarixdə saat 12:30 radələrində Abşeron rayonu Saray qəsəbəsindəki evdə qonşusu Şəxs ilə keçmiş əri Zərərçəkmiş şəxs arasında söz mübahisəsi yaranmış. Bundan sonra Əli Aynurəni təhqir etməyə başlamış və onun saç nahiyəsindən tutaraq dartmağa başlamış və qoluna vuraraq döymüşdür. Aynurə isə özünü qorumaq üçün onu itələmiş, Zərərçəkmiş şəxs döyməmişdir. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ -yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 17 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ -nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 31.07.2021-ci il tarixli 1722 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzrənidə müəyyən edilmiş xəsarətlər boyun və sağ said nahiyəsinin aşağı 1/3-nin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni, 31.07.2021 -ci il tarixdə tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 02.08.2021-ci il tarixli 1740 nömrəli rəyindən məlum olmuşdur k: Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki bazunun, sol sağrının və sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni, 31.07.2021-ci il tarixdə tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, 31.07.2021 -ci il tarixdə saat 12 radələrində Abşeron rayonu Saray qəsəbəsi Sahil küçəsində fərdi yaşayış evinin içərisində Zərərçəkmiş şəxs uşaqları ilə görüşmək üçün keçmiş arvadı Şəxs yaşadığı evə gələrək aralarında baş vermiş mübahisə zamanı Şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağlamlığına zərər vurmayan dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Şəxs da özünü qorumaq məqsədilə Zərərçəkmiş şəxs itələməklə özünü müdafiə etmişdir. Məhkəmə prosesində 46 saniyə davam edən videodan görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs sözlə mübahisə edir. Şəxs qucağında uşaq var. Zərərçəkmiş şəxs qapını bağlamağa çalışan Şəxs tərəf getməklə qapını yenidən açır və yenidən sözlə mübahisə edirlər. Şəxs ikinci dəfə qapını örtəndə görüntü kəsilir, uşaqların ağlamaq səsi və Zərərçəkmiş şəxs bərkdən qışqırıq səsi gəlir. Görüntünün sonunda görünür ki, kənardan olanları müşahidə edən və qucağında uşaq olan şahid X6 Aslanovanı müdafiə etməyə çalışır. Görüntünün əvvəlində uşaq Aynurənin qucağında olsa da görüntü kəsiləndən sonra uşaq qucağında deyil. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 20.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Məhkəmə qeyd olunan halları araşdırmaqla hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibini yaratmır və inzibati xəta hesab olunmur. Bundan başqa Şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində olan zaman orada keçmiş əri Zərərçəkmiş şəxs tərəfindən quraşdırılmış video müşahidə sisteminə məxsus kameralardan bir ədədini keçmiş əri onu müşahidə etməsin deyə söküb kənara qoymuşdur. Məhkəmə qeyd olunan yaşayış evində həm birgə nikah dövründə həm də hazırda Şəxs yaşamasını nəzərə almaqla hesab edir ki, sonuncunun əməlində onun şəxsi həyatının toxunulmazlıq hüququnu pozan kameranın sökülməsi özgənin əmlakını qəsdən məhv etmə kimi tövsif oluna bilməz. Azərbaycan Respublikasının MM-nin 225.1-cı maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının şəxsi toxunulmazlıq hüququ ilə bağlı 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 157-ci maddələrinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər İnzibati xəta törədən Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar