Məhkəmə qərarları › İş №3(012)-1314/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1314/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1314/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxx 1967-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qubadlı rayonunda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Abşeron rayon polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Şəxs xx xxxxxxxx 2020-ci ildə saat 09:00 radələrində idarə etdiyi «DAEWOO NEXİA» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində ara məsafəsi saxlamayaraq qarşısında olan “Fiat” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Saxlama zamanı məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4, 327.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxxxx 2020-ci ildə saat 09:00 radələrində idarə etdiyi «DAEWOO NEXİA» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində ara məsafəsi saxlamayaraq qarşısında olan “Fiat” markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Saxlama zamanı məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4, 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXP3506980 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci ildə saat 09:00 radələrində idarə etdiyi «DAEWOO NEXİA» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində ara məsafəsi saxlamayaraq qarşısında olan “Fiat” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanaraq əyləcdən istifadə etmiş lakin saxlaya bilməyərək toqquşmuşdur Hadisə zamanı xəsarət almamışdır. Sonda o, etdiyi əməldə özünü tam təqsirli bildiyini və törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsinin 2-ci bəndində göstərilir ki, vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə tərəflər arasında mübahisə olduğuna görə, Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsinə uyğun olaraq, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxılmamışdır. Buna görə də zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə Şəxs qarşı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 332.4-cü madddəsinin sanksiyasında nəzərdə tutulan 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar