Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1316/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızınn katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil oğlunun, X1nun iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonu, Papı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Cəbrayıl rayonu, Çərəkən ərazi dairəsi, Papı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel 34 ünvanında müvəqqəti yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola, icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 02 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı, 05.05.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs oğlu iş üzrə yaranmış 12000 ( on iki min ) manat məbləğində borcunu iş üzrə X1nun xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirdi ki, Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı, 05.05.2021-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs oğlu Abşeron İcra və Probasiya Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən yayınmış, bununla qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirdi ki, Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı, 05.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 12000 ( on iki min ) manat məbləğində borcun iş üzrə X1nun xeyrinə ödənilməsi qət edilmişdir.O, qətnamə üzrə borcunu ödəməkdən imtina etmir. Hazırda da 928 manat məbləği borclunun hesabına ödəmişdir, qalan 11072 manat borcunu isə hər ay 400 manat olmaqla ödəcəyinə dair söz verir və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil oğlu haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmədə çıxış etməklə borclu barəsində inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. İş materiallarında olan 12.07.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Cəbrayıl rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. İş materiallarında olan Cəbrayıl rayon İHB-nin Çərəkən kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, Şəxs həqiqətən Cəbrayıl rayon Papı kənd sakinidir, hal-hazırda məcburi köçkün kimi Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel massivi ünvanında məskunlaşmışdır. İş materiallarında olan 04.08.2021-ci il tarixli qəbzlərdən görünür ki, borclu 928 manat məbləğində borcundan ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından və icra məmuru vaxtında icra hərəkətlərini yerinə yetirmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs oğlunun izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs oğlu borcunu ödəyir və ödəməkdən də imtina etmir. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs oğlunun əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Həm də borclu məhkəmədə borcundan 928 ( doqquz yüz iyirmi səkkiz ) manat ödəniş etmiş, cəmi 11072 (on bir min yetmiş iki) manat borcu qalmışdır. Belə olan halda, Şəxs oğlu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs oğlunun əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1316/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1316/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver