Məhkəmə qərarları › İş №3(012)-1317/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1317/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1317/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ünvansız evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Bakı şəhəri Sabunçu rayon polis İdarəsinin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola görə X1 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarından görünür ki, X1 xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram vuraraq protokola onun iştirakı olamdan baxılmasını və ona yazılan inzibati tənbeh tədbiri kimi 50 manat cəriməni, eləcə də hesablanmış 30 manat dəbbə olmaqla, cəmi 80 manat məbləğində pulu ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin teleqramını və inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə müəyyən edilmiş və ona yazılan inzibati tənbeh tədbiri kimi 50 manat cəriməni, eləcə də hesablanmış 30 manat dəbbə olmaqla, cəmi 80 manat məbləğində pulu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onunorada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qəbul edilənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə müəyyən edilmiş və ona yazılan inzibati tənbeh tədbiri kimi 50 manat cəriməni, eləcə də hesablanmış 30 manat dəbbə olmaqla, cəmi 80 manat məbləğində pulu ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xtam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar