Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1320/2021 03.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, X1nın inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan MR, Şərur, Muğancıq Mehrab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlu barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 oğlu tərəfindən Şəxs oğlunun inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 oğlu protokolu müdafiə edərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-346/2020 saylı 20.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlundan hər ay 160 manat aliment tutularaq X5 ödənilməsi qət edilmişdir.Şəxs icra vərəqəsinin icrasından qərəzli boyun qaçıraraq icradan yayınmışdır və icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır.İcra vərəqəsi üzrə hal hazırda 3380 (üç min üç yüz səksən ) manat aliment borcu yaranmışdır.Ona görə də borclu Şəxs oğlu barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-346/2020 saylı 20.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlundan 31.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.10.2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin iddiaçı X5 ödənilməsi qət edilmişdir.Belə ki, onun maddi vəziyyəti alimenti ödəməyə imkan vermir. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. X1 məhkəmədən borclu barəsində ciddi inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs oğlu barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-346/2020 saylı 20.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlundan 31.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.10.2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin iddiaçı X5 ödənilməsi qət edilmişdir İş materiallarında olan 22.05.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, 01 il 03 ay müddət ərzində yalnız 300 (üç yüz) manat ödəniş etməsini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 03 sentyabr 2021-ci il saat 18:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1320/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1320/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver