Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1323/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X1 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, məh 7-8-12, ev 76, mənzil 06-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Pİ-in DYPŞ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində idarə etdiyi “DAVEOO NEXİA” markalı, **-SM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray-Novxanı yolu ilə Bakı şəhəri, Binəqədi rayonu istiqamətinə saatda 60 km/s surətlə hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələblərini pozaraq, düzgün ara məsafəsi saxlamamış, nəticədə onunla eyni hərəkət zolağda qarşıda hərəkət edən “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə əməliyyatı aparan zaman həmin avtomaşınla toqquşmuş, ehtiyatsızlıqdan “DAVEOO NEXİA” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin Şükürova Mənsurə Möhübbət qızı yüngül dərəcəli bədən xəsarətləri yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində idarə etdiyi “DAVEOO NEXİA” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray-Novxanı yolu ilə Bakı şəhəri, Binəqədi rayonu istiqamətinə saatda 60 km/s surətlə hərəkətdə olduğu zaman onunla eyni zolağda qarşıda hərəkət edən “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən sola dönmüş, hadisənin qarşısını ala bilməyib, həmin avtomaşınla toqquşmuşdur. Nəticədə “DAVEOO NEXİA” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin Şükürova Mənsurə Möhübbət qızı yüngül dərəcəli bədən xəsarətləri almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişçdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 1765 saylı rəyindən görünür ki, Şükürova Mənsurə Möhübbət qızının məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – baş beyin sirkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol mil bilək oynağı nahiyyəsinin ön səthinin cərahi tikişə ehtiyacı olan əzilmiş-çırılmış yarası kütbərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan müəyyən olunur ki, Şəxs xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində idarə etdiyi “DAVEOO NEXİA” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray-Novxanı yolu ilə Bakı şəhəri, Binəqədi rayonu istiqamətinə saatda 60 km/s surətlə hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələblərini pozaraq, düzgün ara məsafəsi saxlamamış, nəticədə onunla eyni hərəkət zolağda qarşıda hərəkət edən “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə əməliyyatı aparan zaman həmin avtomaşınla toqquşmuş, ehtiyatsızlıqdan “DAVEOO NEXİA” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin Şükürova Mənsurə Möhübbət qızı yüngül dərəcəli bədən xəsarətləri yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Şəxs yol-nəqliyyat hadisəsi törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Zamiq Mustafayev tərəfindən xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol isə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və sözügedən protokol baxılması üçün xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1323/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1323/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver