Məhkəmə qərarları › İş №3(012)-1323/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1323/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1323/2022 26.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx xxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vətəndaş Şəxs idarə etdiyi Audi markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50-60 km sürətlə Abşeron rayonu Saray qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməmiş, manevr etmə qaydasını pozaraq Novxanı qəsəbəsi istiqamətindən gələn yük avtomobilinin baş yolda hərəkət edən ünvan 3 ünvanında yaşayan vətəndaş X2 idarə etdiyi İveco Trakker markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini gözləmədən, eyni zamanda yol ayrıcında dayanmadan hərəkət etdiyi üçün həmin yük avtomobili ilə toqquşmuş nəticədə özü AZ AĞİR, avtomobilində ön sağ oturacaqda əyləşmiş ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs isə YÜNGÜL dərəcəli bədən xəsarətləri almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilmiş məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X4 Mərkəzi Ekspertiza şöbəsinin xx.xx.2022-ci il tarixli 332 MEŞ nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol aşıq-baldır oynağının yumşaq toxumalarının posttravmatik hemotoması, şişkinlik halında əziyi, bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İşə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X4 Mərkəzi Ekspertiza şöbəsinin xx.xx.2022-ci il tarixli 333 MEŞ nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı: İ, İİ bel fəqərələrinin sol yan çıxıntılarının yerdəyişməsiz sınığı, bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən ci il tarixinə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə X1 dərəcəsini müəyyən etmək üçün Respublika narkoloji dispanserə göndərilmiş, oradan alınmış 2818 saylı tibbi müayinə aktında göstərilmişdir ki, alkaqol sərxoşluq vəziyyəti yoxdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gəncə şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar