Məhkəmə qərarları › İş №3(012)-1324/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1324/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1324/2025 03.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə şöbə müdiri X7, Abşeron Rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik X6 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi X3 iştirakları ilə xx.xx.1978-ci ildə Zəngilan rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 515.0.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, “Nur” tədris mərkəzində dini dərslər Müqəddəs kitabları öyrənmə kursu, dini mərasim və ayinləri təşkil etmişdir. Bu fakt izahatlar, videoçəkilişlər, kursa qədər bildirdikləri, aktlar və götürülmüş kitablar ilə təsdiq edilir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə şöbə müdiri X9 protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi X8 protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, brahimova Rəmziyyə Ələsgər qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs Xırdalan şəhəri, B kompleksi, bina 6-da yerləşən Nur tədris mərkəzini Nizami müəllimdən 3 ildir ki, icarəyə götürmüşdür. Kurs rəsmi fəaliyyət göstərir. Təxmini 30 nəfər şagird var. Kursun icarə haqqı 800 manatdır. Uşaqlar 50-100 manat arası ödəniş alır. Bəzi 3-4 uşaq pulsuz gəlir. Onların ödənişi ödənsin deyə kərməs keçirilir. Bunun üçün statusa elan qoyur. Valideynlərin əl işi (şirniyyat, salat və s.) satılır və alış-veriş edilir. Oradan gələn gəliri tam olaraq arendaya verirlər. xx.xx.2025-ci il tarixli “akt”-dan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, “Nur” tədris mərkəzindən Quran oxumağa giriş-4 ədəd, Quran oxumağa giriş-1 ədəd, ərəb dili iş dəftəri-3 ədəd, ərəb dili dərsləri, Doktor Abdur-Rahim -6 ədəd, Məhəmməd peyğəmbər Çinarə Köçərli-2 ədəd, islamin gözəllikləri X16, ərəb dili Rabia Əhmədova-1 ədəd, Biz hərf on savab şeirli kitabım-1 ədəd, uMuddan qalan xatirə X17 -1 ədəd, X10 Hanifi Tosun-1 ədəd, Fatihə və X18-2 ədəd, şəkilli ərəb dili üçün jurnal-1 ədəd, ərəb dilini öyrənmək üçün ilkin vəsait-1 ədəd, Manyetik Elifba 30 ədəd hərf və hərəkə- 1 ədəd, disk 1 ədəd, heyvan şəkilləri ərəb dilində 30 ədəd, ərəb dilini sevirəm -2 ədəd, ərəbiyyəti Beynə Yədeykə-2 ədəd, 2 dəftər+jurnal götürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ********** saylı VÖEN alaraq qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilən, məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, “Nur” tədris mərkəzində bir qrup şəxsin iştirakı ilə yığıncaq təşkil etdiyi, tədris mərkəzində çox sayda dini kitabların olduğu aşkar edilmişdir. Həmçinin uşaqlardan ibarət dini səhnəciklər təşkil edilmişdir. İXM-nin 43.1 -ci maddəsinə əsasən həmin məcəllənin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən, Şəxs İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 515.0.2-ci maddəsinə əsasən Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 6-1. 1 -ci maddəsinə görə Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 6-1.2-ci maddəsinə görə kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Göründüyü kimi Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, “Nur” tədris mərkəzindən təxminən 20 nəfərdən ibarət dini yığıncaq təşkil etmiş, lakin "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq müvafiq qurumdan razılıq almalı olduğu halda, almamışdır. İXM-nin 3-cü madddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 146.1 Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt Bölgəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin, Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda müvafiq icra hakimiyyəti orqanından razılıq (icazə) almadan qanunsuz olaraq kütləvi ibadət məqsədilə dini yığıncaq, mərasim təşkil etmiş və keçirmiş, nəticədə İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmiş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş vəzifəli şəxslər üçün inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İXM-nin 114.1.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar