Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1326/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6, Abşeron RPİ-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:27 radələrində Abşeron rayonu, X7 Polis əməkdaşları tərəfindən Şəxs saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə X5 inzibati ərazisində xidmətdə olarkən **-GX-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobilin sürücüsü manevr etmə qaydasını pozduğu üçün verilən “saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Daha sonra Sulutəpə ərazisində avtomobili tərk edərək,qaçmışdır və avtomobil evakuator vasitəsilə duracağa gətirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxs intizabi binada iş rejimini pozaraq narazılığını bildirmişdir. Onu nizam intizama dəvət etsələr də, hərəkətlərinə davam etmişdir. Bu zaman kənardan X6 adlı şəxs də gələrək polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, əl-qol hərəkəti ilə onları hədələmişdir. Onları yenidən nizam-intizama dəvət etsələr də, məhəl qoymamışdırlar. Nəticədə onları barələrində qanunamüvafiq tədbir görülməsi üçün Abşeron RPİ-nə gətirmişlər. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, inzibati xəta törətməsini qəbul etmir. Belə ki, BMW markalı avtomobil özünə məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 23:19 radələrində Ekoloji Nəzarət postunda əməkdaşlar ona saxla işarəsi vermişlər. O, tələsdiyi üçün saxlamayaq yoluna davam etmiş, daha sonra Sulutəpə ərazisində yaşayan qohumunun evinə gəlmişdir. Onun xəbəri olmadan DYP əməkdaşları evakuator vasitəsilə avtomobili dayanacağa gətirmişləir. O, bundan xəbər tutan kimi Posta yaxınlaşaraq avtomobili necə çıxaracağını soruşmuş, polis əməkdaşları isə ona kobud cavab verərək onu təhqir etmişdir. O da əsəbi olduğundan postda səs-küy salmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru baş serjantı Nurlan Məmmədov raportla eyni məzmunlu izahat verərək bildirdi ki, sürücü xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolunda davamlı olaraq manevr etmə qaydasını kobud şəkildə pozmuşdur və “saxla” əmrinə tabe olmamışdır. Daha sonra maşını evakuator vasitəsilə dayanacağa gətirmişlər. xx.xx.2023-cü il tarixində inzibati binaya yaxınlaşaraq əməkdaşlarla kobud şəkildə danışmış və iş rejimini pozmuşdur. Daha sonra dostu da inzibati binaya daxil olaraq səs-küy salmış, onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru baş serjantı X1 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, həmin hadisə baş verən zaman inzibati binada idi. Birdən səs-küy olduğunu görmüş və yaxınlaşdıqda Şəxs polis əməkdaşlarına nalayiq ifadə işlətdiyini görmüşdür. Həmin vaxt başqa biri içəri daxil olaraq polisə güc tətbiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 18:10 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 18:10 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1326/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1326/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver