Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1327/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X7 iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, R. Allahverdiyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində, Abşeron rayonu ərazisində yerləşən DİN-in BDYPİ-in Ekoloji nəzarət üzrə postunda dostunun idarə etdiyi avtomobilin cərimə meydançasına gətirilməsinə görə etiraz etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in İTŞ-in sahə rəisi X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, polis əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində, dostu ilə Ekoloji nəzarət üzrə postda yaxınlaşmışdır. Oraya gəlmələrinin səbəbi polis əməkdaşları tərəfindən dostuna məxsus avtomobilin cərimə duracağa gətirilməsi olmuşdur. Postda xidməti otaqların birində dostunu qəbul edən polis əməkdaşı onun bayırda gözləməsini tələb etmişdir. Bayırda gözləyərkən səs-küy gəldiyini eşitmiş, qapını açdıqda polis əməkdaşının dostunun boğazından yapışaraq, divara sıxdığını görmüşdür. Yaxınlaşıb aralaşdırmaq istədikdə, digər polis əməkdaşı tərəfindən ona sifətinə göz yaşardıcıdan istifadə edilmiş, yerə yıxıldıqdan sonra onun qollarını arxadan bağlamışlar. Daha sonra polis əməkdaşları tərəfindən döyülmüşdür. Protokolda yazılanlarla razı deyildir, qeyd olunan xətanı törətməmişdir. Məhkəmə iclasında şahid DİN-in BDYPİ-in Ekoloji nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünün inspektoru X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə DİN-in BDYPİ-in Ekoloji nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünə məxsus inzibati ərazidə xidmətdə olmuşdur. Həmin gün **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr etmə qaydasını pozduğuna görə tərəfindən saxla işarəsi verilmiş, sürücü tabe olmayaraq, avtomobili sürüb getmişdir. Daha sonra sürücü Abşeron rayonu, Sulutəpə ərazisində avtomobili saxlayaraq, avtomobilin qapılarını bağlayıb həmin ərazidən qaçmışdır. Həmin nəqliyyat vasitəsi evakuator xidmetindən istifadə etməklə cərimə meydançasına yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə posta gələn həmin nəqliyyat vasitəsinin sürücüsü Çingiz Orucov onun avtomobilinin duracağa yerləşdirilməsinə etiraz edərək ucadan səs-küy salmağa başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət edərək, səs tonunun aşağı salamasını, sakitləşməsini və iş rejimini pozmamasını tələb etmişlər. Çingiz Orucov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Onu təkrarən sakitləşdirməyə çalışarkən onunla birlikdə gələn adını sonradan bildiyi Şəxs posta daxil olaraq, qışqıra-qışqra polis əməkdaşlarının ünvanına nalayiq ifadələrlə təhqir etməklə iş rejiminin pozaraq, onu sakitləşdirməyə çalışan polis əmkdaşlarına əl-qol atmağa başlamışdır. İlkini nizam-intizama dəvət edərək, nalayiq ifadələr söyməməsini, sakitləşməsini və iş rejimini pozmamasını tələb edərkən İlkin daha da aqressivləşərək, polis əməkdaşlarına təpik və yumruq atmağa başlamışdır. Hərəkətlərini dayandırmadığına görə İlkini Abşeron rayon Pİ-nə gətirib, barəsində tədbir görülməsi üçün rəhbərliyə raportla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, fərdi taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə DİN-in BDYPİ-in Ekoloji nəzarət üzrə postunda olarkən xidməti otaqların birindən səs-küy gəldiyini, daha sonra ucadan nalayiq söyüşlər söyüldüyünü eşitmişdir. Həmin otaqda olan şəxslər dəhlizə çıxmış, məhkəmə iclas zalında ona barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində təqdim edilən şəxsin dəhlizdə polis əməkdaşlarına yumruq və təpik atdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, təqaüdçüdür, müharibə veteranıdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən gələrkən dostunun idarə etdiyi avtomobilin radarı olub-olmamasını dəqiqləşdirmək üçün DİN-in BDYPİ-in Ekoloji nəzarət üzrə postunda avtomobili saxlamış, posta daxil olduqda bir nəfər şəxsin polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söydüyünün şahidi olmuşdur. Daha sonra başqa bir şəxsin posta daxil olaraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətərək, onları təhqir etməklə, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarına yumruq, təpik hətta kəllə atdığını, lakin polis əməkdaşları təmkinlə həmin şəxsin sakitləşməsini tələb etdiklərini görmüşdür. Məhkəmə iclasında müdafiəçi Abşeron rayonVəkil Bürosunun vəkili X12 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində qeyd edilən inzibati xətatın tərkibi olmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməli, ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində, Abşeron rayonu ərazisində yerləşən DİN-in BDYPİ-in Ekoloji nəzarət üzrə postunda dostunun idarə etdiyi avtomobilin cərimə meydançasına gətirilməsinə görə etiraz etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında şahid qismində X1 və X2 verdikiləri izahatlarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxslərin izahatları işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən iş üzrə toplanmış mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayonu vəkil bürosunun vəkili X8 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1327/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1327/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver