Məhkəmə qərarları › İş №3(012)-1329/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1329/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1329/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə xx.xx.1989-cu ildə Bərdə rayonunun, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində massajçı çalışan, Bərdə rayonunun, Şirvanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X4 barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli protokolu müdafiə edərək bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(012)-3851/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 04 iyul 2009-cu il təvəllüdlü X5 və 02 iyun 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmarı üçün 12 noyabr 2021-ci il tarixdən başlayaraq, cavabdeh X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 noyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh X1 hər ay bir uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alımışdır. Qeyd olunan icra sənədi Bərdə rayon İcra Şöbəsindən borclunun yaşayış yeri üzrə aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 13 noyabr 2023-cü il tarixdə icraata daxil olmuşdur. İcra sənədi icraata daxil olan zaman borclunun 590 manat məbləğində aliment borcu mövcud olmuşdur. Borclunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışması və 345 manat əmək haqql alması məlum olmuşdur. Həmin icra vərəqəsi üzrə yaranmış borcun və aylıq aliment borcunun əmək haqqına yönəldilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə iş yerinə məktub ünvanlanmış, lakin bu vaxtə qədər əmək haqqından tutulmalar aparılmamışdır. Bununla bağlı vəzifəli şəxslər barədə inzibati məsuliyyət tədbirləri görüləcəyi barədə bir neçə dəfə onun iş yerinə xəbərdarlıq edilməsi ilə bağlı məktublar göndərilmişdir. Eyni zamanda borcluya həm aylıq aliment həm də yaranmış borcun ödənilməsin təmin edilməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarxidə nağd olaraq 250 manat pul ödəmiş, bundan başqa bir dəfə də 10 may 2024-cü il tarixdə tələbkarın kartına 245 manat pul ödəmişdir. Borclu əmək haqqı alarsa ödəniş etməlidir. Tələbkar borcun ödənilməsini tələb etmiş, lakin borclu maddi vəziyyəti ilə əlaqədar yaranmış borcu ödəyə bilməyəcəyini, yalnız aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Qeyd olunan icra sənədi üzrə borc hazırda 2210 manat təşkil edir. Bu səbəbdən borclunun barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun icra vərəqəsindəki borcunun tam şəkildə ödəməsini tələb etdiyini, əks halda Bədriyyə Bağırovaya ən ağır inzibati tənbeh tədbiri tədbir edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bədriyyə Bağırova məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, tələbkara olan borcunu ödəməkdən imtina etmədiyini, lakin almış olduğu əmək haqqının məbləğinin az olduğu üçün sonuncuya olan borcundan ödənişlər edə bilmədiyini bildirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bərdə Rayon Məhkəməsinin 2(012)-3851/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 04 iyul 2009-cu il təvəllüdlü X5 və 02 iyun 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmarı üçün 12 noyabr 2021-ci il tarixdən başlayaraq, cavabdeh X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 noyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh X1 hər ay bir uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alımışdır. xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu X3 tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişə əsasən X3 xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməyəcəyi halda barəsində inzibati xəta barədə protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli məktuba əsasən borclunun iş yeri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bədriyyə Bağırovadan pul məbləğinin 70% miqdarında, borc bitdikdən sonra icra vərəqi üzrə hər ay 260 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Maıl oğlunun hesabına ödənilməsinin təmin edilməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixli məktuba əsasən borclunun iş yeri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tələbkarın hesabına heç bir vəsaitin daxil olmadığıbı və Bədriyyə Bağırovanın əldə etdiyi aylıq gəlirləri barədə məlumat verilməsi bildirilmişdir. 2024-cü il tarixli məktuba əsasən borclunun iş yeri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icra sənədi üzrə borclu X2 əmək haqqından tutulma aparılmasına dair xx.xx.2023-cü il tarixli, 26495/2022-7C nömrəli məktub göndərilmiş, lakin bu vaxtadək borcludan tutulma aparılmaması qeyd olunaraq, qanuni tələblərinə əməl etməməyə görə təqsirkar vəzifəli şəxsin barəsində qanunamüvafiq maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə veriləcəyi bildirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəyə əsasən X2 aliment borcunu tam şəkildə ödəməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X4 icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş X2 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə olduqda məhkəmə inzibati xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Bədriyyə Bağırovanın cəmiyyətdən təcrid etmədən islah olunmasının mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar