Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1331/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı AZ5001, ünvan 1 C ünvanı olan (VÖEN: **********1), Abşeron rayonu Donuz kökəltmə sovxozu ərazisində yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola görə xx xxxxxx 2020-ci il tarixdə saat 14:41 radələrində Xızı rayonu X9 sağ tərəfindən yerləşən Şəxs adlanan marketdə epidemiya əlehinə rejimin, sanitariya və gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, Şəxs tərəfindən həmin tələblərin pozulmasının qarşısı alınmamış, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsi tərəfindən təmsil etdiyi MMC barəsində tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsassızdır və ləğv edilməlidir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsinin böyük dövlət vergi müfəttişi X5, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin aparıcı məsləhətçisi X6, Şəxs MMC-nin inzibatçısı X7 iştirakı ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:41 radələrində Xızı rayonu X9 sağ tərəfindən yerləşən Şəxs adlanan mağazada tibbi maskadan istifadə edilməməsi səbəbi ilə MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin akt yuxarıda qeyd edilən şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa inzibati xəta törətmiş şəxs Şəxs nümayəndəsi X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsi tərəfindən təmsil etdiyi MMC barəsində tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirməsinə baxmayaraq, buna dair məhkəməyə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə əsasən yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində qeyd edilmişdir ki, epidemiya əlehinə rejim, sanitariya və gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısı alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilirlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxstörətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi məqsədəmüvafiqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1331/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1331/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver