Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1332/2024 11.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, Barəsində qərar çıxarılmış şəxs: X3, Maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6409837 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6409837 saylı qərarı ilə ona AR İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 150 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X3 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6409837 saylı qərarı ilə ona AR İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 150 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında qərarla razı deyildir. Belə ki, qərarda qeyd edilən idarə etdiyi DAF YÜK markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban şüşəsində ola örtük heç bir qanunun tələbini pozmamışdır və həmin qeyd olunan örtük avtonəqliyyat vasitəsi istehsal olunarkən zavod tərəfindən avtonəqliyyat vasitəsinin üzərinə quraşdırılmışdır. Onu da bildirir ki, DAF YÜK markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini artıq 3 ilə yaxındır ki, idarə edir və bu müddət ərzində heç bir zaman yuxarıda qeyd olunan məsələ ilə bağlı hər hansı bir yol polisi əməkdaşı onu saxlamamış və cərimə yazılmamışdır. Həmçinin avtonəqliyyat vasitəsinə AR DİN BDYPİ tərəfindən qeydiyyat şəhadətnaməsi verilərkən ban şüşəsinə vurulan örtüyün qanuna zidd olunması barədə heç bir irad bildirilməmiş və hər hansı bir tədbir görülməmişdir. Bütün bunları nəzərə alaraq ona yazılan cərimənin əsassız olduğunu və qərəzli yazıldığını düşünür. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisəsində onun təqsiri yoxdur. Bu səbəbdən o, sözügedən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 şikayət verən X1 izahatına uyğun izahat verdi. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə inzibati qərarı qəbul etmiş şəxs AR DİN Baş Dövlət Yol Polis İdarəsi lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6409837 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP6409837 saylı qərardan görünür ki, ərizəçi X3 xx.xx.2024-cü il tarixində, saat 09.01-də Bakı-Quba yolu 13 km Bakı istiqamətində DAF YÜK markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.2.4-cü maddəsi üzrə təqsirli bilinmiş və ona 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–356–cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP6409837 saylı qərardan başqa X1 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 324.2.4-cü maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin sözügedən avtonəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin qanunsuz olduğunu təsdiq edən sübutlar AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşı avtomobilə baxış keçirmək və avtonəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin olçüsünün müəyyən edilməsi üçün mütəxəssis dəvət etməmiş, bununla bağlı mütəxəssis rəyi və ya akt əldə etməmiş, birbaşa şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu hal isə inzibati xəta haqqında protokolun natamamlığına dəlalət edir ki, bununla da inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması müəyyən edilir. Qeyd edilənlərə əsasən, X1 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərtib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X1 əməlində Azərbaycan Respublikası İXM-nin 324.2.4cü maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində AR DİN Baş Dövlət Yol Polis İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP6409837 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(012)-1332/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1332/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver